Ceyms Hovard Vuds — (d.18 aprel 1947, Vernal),Amerikalı teatr və film aktyoru. İki dəfə Akademiya mükafatlarında namizəd olmuş, Emmi mükafatı və Qızıl Qlobus mükafatlarına layiq görülmüşdür. Ən məşhur rolları Once Upon a Time in America, Ghosts of Mississippi, Salvador və Hercules filmlerindədir.
Ceyms Vuds | |
---|---|
James Woods | |
| |
Doğum tarixi | 18 aprel 1947[1][2][…] (77 yaş) |
Doğum yeri | Vernal, ABŞ |
Həyat yoldaşları | Katrin Morrison (1980–1983), Sarah Oven (1989–1990) |
Təhsili | |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1970-ci ildən |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
1986-cı ildə televiziya üçün gerçəkləşdirilən "The Promise"'də James Garner'ın əqli cəhətdən qüsurlu qardaşı və 1989'da "My Name Is Bill W."də bir alkaqoliklər dərnəyinin qurucusu olaraq izləyicinin qarşısına çıxan Vuds, bu rollarla iki dəfə Emmi mükafatına layiq görülmüşdür. İlk əvəəllər Broadway imzalı oyunlarda rolan alan aktyor, seçimini filmlərdən yana edərək 1972 ilində Elia Kazan'ın Viyetnam klassikası olan "The Visitors" adlı filmində yer aldı. Bu filmdə rolunun haqqını veren aktyor , eyni il baş rollarını Robert Redford ile Barbara Streisand'ın paylaşdığı "The Way We Were" filmində rol aldı. 1974 istehsalı "The Gambler" filmində bir bank işçisini canlandıran Vuds, 1978-ci ildə Yəhudi soyqırımından bəhs edən "Holocaust"da Meryl Streep'in yanında Yəhudi bir sənətçini canlandırdı.
Joseph Wambaugh'un ən çox satılan romanından hazırlanan "The Onion Field" filmdə polis qatili bir canini canlandıran aktyor, 1984-cü ildə Sergio Loene'nın məşhur qanqstar filmi "Once Upon a Time in America" adlı filmdə yer aldı. İki il sonra film izləyicilərinin gərçək anlamda Vudsu tanimaq fürsəti olduğu Oliver Stone'un "Salvador" filmində rol aldı. Filmdə canlandırdığı özünü düşünən jurnalist Richard Boyle tipləməsiylə Oskarda en yaxşı aktyor mükafatına namizəd oldu.
1990-cı illərdə pul qazandıran filmlərdə rol alan aktyor, "Chaplin", "Diggstown", "The Gateway" və "The Specialist"də rol aldı. 1995-ci ildə müxtəlif rollarda oynamaq fürsəti olan aktyor "Casino" ilə "Nixon" kimi filmlərdə rol aldı. Xüsusuilə " Killer…A Journal of Murder " filmində canlandırdığı cinayətlərini haqqında yazdığı avtobiyoqrafiyası ilə yazmaqla məşğul olan məhkum rolu ilə aktyorluğunun zirvəsinə çıxdı. Vuds eyni il "Ghosts of Mississippi"də canlandırdığı qatil rolu ilə Oskara namizəd göstərildi.
1977-ci ildə disneyin hazırladığı "Hercules" filminde Hades'i səsləndirən aktyor, növbəti il "Vampires"də oynadı."Fear and Loathing in Las Vegas" ile "Another Day in Paradise" adlı filmlərdə rol aldıqdan sonra, Client Eastwood'un rejissorluğunu edən "True Crime"da rol aldı. John Travoltanin əsgər cinayəti mövzusunda olan "The General's Daughter" adlı filmdə rol aldı. 1999 ilində Oliver Stone'un "Any Given Sunday"ində komanda həkimi rolunu oynadı.
Bəzi məlumatlara görə İQ-sunun 180 olduğu iddia edilir.