Robert Redford (ing. Robert Redford; 18 avqust 1936[1][2][…], Santa-Monika, Kaliforniya[4]) — Amerikalı aktyor, rejissor, biznesmen və prodüser.
Robert Redford | |
---|---|
ing. Robert Redford, Jr. | |
Doğum adı | Charles Robert Redford |
Doğum tarixi | 18 avqust 1936[1][2][…] (87 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru, kinorejissor, film prodüseri, iş adamı, teatr aktyoru, aktyor, icraçı prodüser[d], televiziya aktyoru, səsləndirmə aktyoru[d], ətraf mühit fəalı, rejissor, model[d], ssenarist |
Fəaliyyət illəri | 1960-cı ildən |
Təhsili |
|
Boyu | 179 sm |
Mükafatları |
|
IMDb | ID0000602 |
Vikianbarda əlaqəli mediafayllar |
Kaliforniya ştatının Santa Monika şəhərində anadan olub. Onun ögey qardaşı Uilyam atasının digər evliliyindəndir. 1954-cü ildə Van Nuys Liseyini bitirdi və beysbol təqaüdü ilə Kolorado Universitetinə daxil oldu. 18 yaşında anasının ölümü ilə əlaqədar düşdüyü depressiya zamanı yaşadığı spirtli içki problemi səbəbindən təqaüdünü itirib. Redford kollec təqaüdünü itirdikdən sonra Bruklindəki Pratt İnstitutunda səhnə dizaynı üzrə təhsil almağa başladı.
Redfordun ən məşhur rolları
Rejissor kimi Redford "Adi İnsanlar", "Quiz Show", "The Legend of Bagger Vance", "The Horse Whisperer", "The Milagro Beanfield War" və "A River Runs Through it" filmlərində çalışıb. O, həmçinin "Adi İnsanlar" filminin prodüseridir.
1980-ci ildə Redfordun rejissorluğu ilə çəkilmiş "Adi İnsanlar" filmi ona ən yaxşı rejissor kimi Oskar qazandırdı; 1994-cü il Quiz Show ən yaxşı rejissor nominasiyasını qazandı, lakin Forrest Qamp-a məğlub oldu. Uorren Bitti, Klint İstvud, Mel Gibson, Riçard Attenboro və Kevin Kostnerlə yanaşı Redford da ən yaxşı rejissor nominasiyasında Oskar alan aktyorlar sırasındadır.