Ceysi Kerrol (ing. Jaycee Don Carroll; 16 aprel 1983, Larami[d], Vayominq) — amerikalı peşəkar basketbolçu. Real Madrid basketbol klubunun və Azərbaycan milli basketbol komandasının oyunçusu. Yuta Dövlət Universitetinin "Aggies" basketbol klubunda oynayarkən atış uzaqlığına, dəqiqliyinə və dözümlülüyünə görə məşhurlaşmışdır. O, ABŞ Milli Tələbə İdman Assosiasiyasının I divizionu tarixində 3 xallıq atışlar üzrə 2-ci ən yaxşı göstəriciyə sahibdir[2], "Aggies"ə ən çox xal qazandıran oyunçudur[3] və universitetin daha 9 rekordunun sahibidir. Universiteti bitirdiyi dövrdə MTİA I divizionu tarixində 3 xallıq atış yerinə yetirmə üzrə 14-cü, ən çox xal qazanma üzrə isə 52-ci yerdə idi.
Ceysi Kerrol | |
---|---|
Mövqeyi | Oyun qurucu |
Boyu | 188 sm |
Çəkisi | 82 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 16 aprel 1983 (41 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Kerrol 2011-ci ilin qışında Azərbaycan vətəndaşlığı almağa çalışsa da,[4] bəzi inzibati əngəllər səbəbindən bu proses uzandı. Onun Monteneqro vətəndaşlığı almağa yaxın olduğu barədə söhbətlər getdiyi bir vaxtda,[5] 2012-ci ilin aprelində o nəhayət Azərbaycan pasportunu əldə etdi.[6]
Kerrol Azərbaycan milli basketbol komandasının heyətində FIBA EuroBasket 2013 təsnifat mərhələsində 2 oyunda iştirak etdi və komandasına İsveç yığmasına 79–96 hesabı ilə məğlub olduqları oyunda 27 xal və Lüksemburq üzərində 95–77 hesablı qələbə ilə nəticələnən oyunda 26 xal qazandırdı.[7][8]
Legend | |||||||
---|---|---|---|---|---|---|---|
GP | Oynadığı oyunlar | GS | Başladığı oyunlar | MPG | Oyun başına dəqiqə | ||
FG% | 2 xallıq qol faizi | 3P% | 3 xallıq qol faizi | FT% | Sərbəst atış faizi | ||
RPG | Oyun başına rebaund | APG | Oyun başına assistlər | SPG | Oyun başına top qaçırmalar | ||
BPG | Oyun başına bloklar | PPG | Oyun başına xal | PIR | Performans İndeksi Reytinqi | ||
Bold | Career high |
† | Kerrolun Avroliqanı qazandığı mövsümləri göstərir |
İl | Komanda | GP | GS | MPG | FG% | 3P% | FT% | RPG | APG | SPG | BPG | PPG | PIR |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2011–12 | Real Madrid | 16 | 1 | 22.4 | .503 | .514 | .865 | 2.6 | .8 | .1 | .2 | 14.2 | 11.7 |
2012–13 | 29 | 2 | 21.5 | .479 | .425 | .884 | 2.9 | .6 | .6 | .1 | 11.9 | 10.0 | |
2013–14 | 16 | 0 | 13.9 | .440 | .397 | .889 | 1.6 | .8 | .5 | .0 | 7.1 | 6.0 | |
2014–15† | 29 | 7 | 17.6 | .511 | .465 | .886 | 2.0 | .8 | .5 | .0 | 9.3 | 8.7 | |
2015–16 | 27 | 11 | 17.6 | .432 | .367 | .885 | 1.5 | .9 | .3 | .1 | 8.4 | 5.9 | |
2016–17 | 36 | 2 | 17.0 | .551 | .432 | .911 | 1.5 | .8 | .2 | .1 | 9.1 | 6.3 | |
Career | 118 | 21 | 18.7 | .479 | .434 | .880 | 2.1 | .7 | .4 | .1 | 10.2 | 8.4 |
Year | Team | League | GP | MPG | FG% | 3P% | FT% | RPG | APG | SPG | BPG | PPG |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
2008–09 | Teramo Basket | Lega A | 34 | 27.9 | .535 | .465 | .833 | 4.6 | 1.1 | 1.6 | .1 | 15.9 |
2009–10 | Gran Canaria 2014 | Liga ACB | 36 | 28.9 | .579 | .388 | .836 | 3.5 | 1.8 | 1.0 | .4 | 18.8 |
2010–11 | 36 | 28.5 | .486 | .444 | .908 | 2.9 | 1.3 | .9 | .2 | 19.3 | ||
2011–12 | Real Madrid | 44 | 22.5 | .521 | .404 | .853 | 2.5 | 1.0 | .6 | .2 | 11.6 | |
2012–13 | 44 | 19.0 | .564 | .439 | .836 | 1.9 | .5 | .7 | .0 | 8.0 | ||
2013–14 | 32 | 18.0 | .517 | .408 | .886 | 2.2 | .7 | .5 | .1 | 9.3 | ||
2014–15 | 40 | 16.8 | .537 | .445 | .791 | 1.9 | .6 | .6 | .2 | 9.1 |