Vayominq (Wyoming) — ABŞ-nin ştatlarından biridir. Paytaxtı Çeyen (ing. Cheyenne) şəhəridir. Vayominq ştatının orta illik iqtisadi istehsalı 27.4 milyard dollardır. Bölgənin dağlıq olmasına baxmayaraq, kənd təsərrüfatı bugünədək davam etməkdədir. Kənd təsərrüfatı ilə yanaşı, təbii qaz, uran, kömür kimi təbii sərvətləri də yetəri qədərdir.[1]
Vayominq ing. Wyoming | |||||
---|---|---|---|---|---|
Ştat | |||||
| |||||
Təxəllüsü: Bərabərlik ştatı | |||||
Paytaxtı | Çeyen | ||||
Ən iri şəhəri | Çeyen | ||||
Ərazisi | 10-cu (ABŞ üzrə) | ||||
• Ümumi | mil² (253.348 km2) | ||||
• Eni | mil ( km) | ||||
• Uzunluğu | mil ( km) | ||||
• % su | 0,7 | ||||
Əhalisi | 50-ci (ABŞ üzrə) | ||||
• Ümumi | 563.626 | ||||
• Sıxlıq | /mil² (2 nəfər/km2) (ABŞ üzrə) | ||||
Yüksəklik | |||||
• Maksimal yüksəklik | ft (4.210 m) | ||||
• Orta yüksəklik | ft (2.044 m) | ||||
• Minimal yüksəklik | {{{Minimal yüksəklikABŞ}}} ft (945 m) | ||||
İttifaqa qəbul | 10 İyun 1890 (44) | ||||
Qanunverici hakimiyyət | |||||
ABŞ Palata nümayəndələri | Siyahı | ||||
Saat qurşağı | UTC-7 | ||||
Abbreviatura | WY |
Vayominq ştatı 41° Ş ve 45 °C meridianlarında, 104°3' Ş and 111°3' Q paralellərində yerləşir və kvadrat formasındadır. Vayominq ştatı Montananın cənubunda, Cənubi Dakota və Nebraska ştatlarının qərbində, Kolorado ştatının şimalında və İdaho ştatının qərbində yer alır. Vayominq ABŞ-nin ən böyük 10-cu ştatıdır. Ştatın ərazisi 253,340 km²dir (97,814 mil²) və 23 rayondan ibarətdir.[2]
Vayominq 32 adaya sahibdir. Bu adaların çoxu Cekson Gölü və Yellouston Gölündə yer alır.[3]
Vayominq ştatında əsasən kontinental iqlim qurşağında yerləşir. Amerika Birləşmiş Ştatlarının iqlimi ilə müqayisə edildikdə, Vayominq daha quru və küləkli bir ştatdır. Yay aylarında Vayominq ştatı yüksək istiliklərə məruz qalır, hava isə adətən 85 °F(29 °C) və 95 °F (35 °C) arasında olur. Qış ayları isə soyuq keçir, amma bəzi bölgələrində Chinook Küləkləri nəticəsində hava digər rayonlara nisbətən daha isti olur. Bəzən isə, havanın dərəcəsi çox-çox aşağı düşür. Vayominq quru ştatdır və ortalama yağıntı miqdarı 250 mm-dir. (10 inç-dir)
Casper Şəhərinin İqlimi: | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Aylar | Yanvar | Fevral | Mart | Aprel | May | İyun | İyul | Avqust | Sentyabr | Oktyabr | Noyabr | Dekabr | İllik | |
Ort. En Yüksək °F (°C) | 32 (0) |
37 (3) |
45 (7) |
56 (13) |
66 (19) |
78 (26) |
87 (31) |
85 (29) |
74 (23) |
60 (16) |
44 (7) |
34 (1) |
58 (14) | |
Ort. En Aşağı °F (°C) |
12 (−11) |
16 (−9) |
21 (−6) |
28 (−2) |
37 (3) |
46 (8) |
54 (12) |
51 (11) |
41 (5) |
32 (0) |
21 (−6) |
14 (−10) |
31 (-1) | |
Ortalama Yağış İnç (mm) |
0.6 (15.2) |
0.6 (15.2) |
1.0 (25.4) |
1.6 (40.6) |
2.1 (53.3) |
1.5 (38.1) |
1.3 (33.0) |
0.7 (17.8) |
0.9 (22.9) |
1.0 (25.4) |
0.8 (20.3) |
0.7 (17.8) |
12.8 (325.1) | |
Mənbə:[4] |
Arxeoloqlar bu ştatda, e.ə 7-ci minilliyə xas olan insanların yaşayış izlərinə rastlamışlar. Bu ştatın adı Hindistanda "dəyişkən dağ və vadilər" mənasına gəlir.[5]
Hal-hazırda Vayominq olaraq bilinən bu ştatda, keçmişdə qızıldərili insanlar yaşamışlar. Arapaholar, Apsalokeler, Lakotalar və Şoşonilər bu ştatın xalqlarından olmuşdur. Ancaq Avropalıların bu ştata ilk səyahətləri zamanı, Vayominqdə sadəcə 4–5 qəbiləyə rast gəlmək olardı. Bu ərazi 1848-ci ilədək İspaniya İmperiyasına məxsus idi. Ancaq Meksika-Amerika müharibəsi bitdikdən sonra, bu ştat ABŞ-yə üz dönmüşdür. 18-ci əsrlərin sonlarında isə Québec və Montréal-dan gələn Fransız-Kanada mənşəli ovçular Vayominqə üz tutumuşdur. Bu ovçular arasında Téton, La Ramie, John Colter kimi əfsanəvi adlara da rastlamaq mümkündür.
Vayominq konstitusiyasında qadın hüquqları və su hüquqlarına dair qabaqcıl məqalələr yer alır. Konstitutsiya qəbul edildikdən sonra, İyul ayının 10-da 1890-cı ildə ABŞ, Vayominqi 44-cü ştat olaraq qəbul etdi.[6]
İllərə görə əhali | |||
---|---|---|---|
İl | Əhl. | %± | |
1870 | 9.118 | — | |
1880 | 20.789 | 0% | |
1890 | 62.555 | 0% | |
1900 | 92.531 | 0% | |
1910 | 145.965 | 0% | |
1920 | 194.402 | 0% | |
1930 | 225.565 | 0% | |
1940 | 250.742 | 0% | |
1950 | 290.529 | 0% | |
1960 | 330.066 | 0% | |
1970 | 332.416 | 0% | |
1980 | 469.557 | 0% | |
1990 | 453.588 | 0% | |
2000 | 493.782 | 0% | |
2010 | 563.626 | 0% | |
Təxm. 2018 | 577.737 | 0% | |
Sources: 1910–2010[7][8][9] 2018 estimate[10] |
Amerika Birləşmiş Ştatlarının Siyahıyaalma Bürosunun verdiyi məlumatlara görə Vayominq ştatının 2012-ci ildə təxmini əhalisi 576,412 olmuşdur. 2010-cu ildə isə əhali sayında 10% artım nəzərə çarpmışdır. 2010-cu ilə görə əhalinin irqinə görə bölünməsi bu şəkildədir:[2]
Əhalinin çoxunun dini inancı protestantlıqdır. Dinsizlər və katoliklərdə əhalinin sayında xüsusi yer tuturlar.[11]
Birləşmiş Ştatlar İqtisadi Analiz Bürosunun verdiyi məlumatlara görə Vayominq ştatının GSP dəyəri 38,4 milyard dollar olmuşdur.
Ştatın 2015-ci ildə işsizlik dərəcəsi isə 4,0% olmuşdur. Vayominq ştatının iqtisadiyyatı — turizm, kənd təsərrüfatı, enerji hasilatı digər ştatlara nisbətən fərqlənir.
2002-ci ildə 6 milyondan çox insan Vayominq ştatındakı milli park və abidələri ziyarət etmişdir. Ştatın öndə gələn turistik məkanları Yellowstone Milli Parkı, Grand Teton milli parkı, Müstəqillik qayası (ing. Independence Rock), Fossil Butte Milli Abidəsidir. Həmçinin Yellowstone Milli Parkı yeganə parkdır ki, il boyu ortalama 3 milyondan çox insan qəbul edir.
Vayominq ştatında yüksək ölçüdə çıxarılan maddələr: kömür, təbii qaz, daş kömür, benzin və tronadır.
Vayominq ştatı, Alyaskadan sonra hər bir insana görə ən çox inkişaf vergisi alan ştatdır.
Həmçinin bu ştatda, satışdan 4% vergi almaqdadırlar. Rayonların isə sadəcə 1% çox vergi tutmaq haqqları var və mühüm səbəblər gətirməklə icazə vasitəsilə 1% əlavə də (ümumilikdə əlavə 2%) vergi tutmaq haqqları var. Qida məhsullarının satışından isə vergi tutulmur. Vayominq ştat daxilinə idxal olunan bütün məhsullardan 5% vergi tutur.
Ölkədə miraslardan vergi tutulmur. Federal vergi ilə əlaqədar əmlak vergisi də məhduddur.
Vayominq ştatının ən böyük hava limanı 500-dən çox işçisi olan Jackson Hole Hava Limanıdır. Ştatlararası 3 şose və 13 Birləşmiş Ştatlar şosesi də həmçinin Vayominq ştatından keçir. Əlavə olaraq Vayominq ştatının özünə xas şose yolları da vardır.
Həmçinin Vayominq Şimali Amerikada yer alıb, AMTRAK tərəfindən xidmət verilməyən 2-ci ştatdır. (Digər ştat Cənubi Dakota)
Vayominq ştatında 23 qraflıq yer almaqdadır. Ən böyüyü Laramidir.
Sırlama | Rayon | Əhali | Sırlama | Rayon | Əhali |
---|---|---|---|---|---|
1 | Larami | 94,483 | 13 | Konvers | 14,008 |
2 | Natrona | 78,621 | 14 | Goşen | 13,636 |
3 | Kampbel | 47,874 | 15 | Big Horn | 11,794 |
4 | Svitvoter | 45,267 | 16 | Sublet | 10,368 |
5 | Frimont | 41,110 | 17 | Platt | 8,756 |
6 | Albani | 37,276 | 18 | Conson | 8,615 |
7 | Şeridan | 29,596 | 19 | Vaşaki | 8,464 |
8 | Park | 28,702 | 20 | Kruk | 7,155 |
9 | Teton | 21,675 | 21 | Ueston | 7,082 |
10 | Yuinta | 21,025 | 22 | Hot Sprinqs | 4,822 |
11 | Linkoln | 17,961 | 23 | Niobrara | 2,456 |
12 | Karbon | 15,666 | Vayominq ümumilikdə | 576,412 |
Vayominq ştatında dövlət məktəbləri ştat tərəfindən təyin olunmuş dövlət müfəttişi tərəfindən idarə edilir və nəzarət edilir. Təhsil siyasəti, qurum tərəfindən təyin olunan doqquz nəfərlik bir heyət tərəfindən həyata keçirilir.
Tədris proqramı və dərsliklər dövlət tərəfindən müəyyən edilir və federal hökumət təhsilin proqramına və dərsliklərinə müdaxilə etmir. Həmçinin bu ştatda 2000-ci ilədək eşitmə əlilləri üçün xüsusi məktəblər də var idi. Ancaq sonradan bu məktəblər evdə təhsil ilə əvəz edildiyi üçün məktəblər bağlandı.
Həmçinin ştatda 4 il ali məktəb bakalavr təhsili verən Vayominq Universiteti vardır. Həmçinin iki illik təhsil verən 7 kollec də vardır. 2006-cı ilə qədər bəzi qurumlar belə diplomlar verə bilirdilər. Ancaq yeni çıxan qayda ilə bütün diplom verən qurumlar qapadıldı.
spreadsheet links: www.census.gov/data/tables/2017/demo/popest/nation-total.html[ölü keçid]