Chaff

Chaff və ya Saçılma hərbi aviasiyada döyüş təyyarələrivertolyotları tərəfindən düşmən radar vahidlərini aldatmaq üçün istifadə olunan bir əks tədbirdir. Pilotun işə salması ilə daxili çox nazik alüminium, mis, metalize edilmiş lif və ya plastik ilə doldurulmuş şaft silindrləri təyyarə ilə təhlükə elementi arasında partladılır (məsələn, düşmən radarı və ya yaxınlaşan döyüş raketi) və yüngüllüyünə görə bir müddət havada asılı olaraq qalan metal bulud təbəqəsi yaranır. Nəticədə düşmən radarından gələn radiodalğaları bu təbəqədən əks olunaraq alıcıya qayıdacaq və bu səbəbdən arxasındakı təyyarəni tanımaqda çətinlik çəkəcəkdir.