Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 14 saat əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Chai Khana media – Cənubi Qafqazda qadınlara, kənd icmalarına, münaqişə zonalarına istinad edən kreativ beynəlxalq media platforması.[1]
Chai Khana | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | fevral 2015 |
Rəhbərlik | |
Baş icraçı direktor | Lika Antadze |
chaikhana.media/en |
Chai Khana media ilk olaraq 2015-ci ilin fevralında fəaliyyətə başlamışdır. Media startapı Gürcüstanın paytaxtı Tbilisidə yerləşir və əsas diqqəti qadınlar, azlıqlar, kənd əhalisi və münaqişələrə yönəldir. Başlanğıcda platformada çalışanların təxminən 80%-i qadınlar olmuşdur. 2019-cu ilin yayında Lika Antadze 26 yaşında baş redaktor təyin edilmişdir.[2]
Chai Khana media Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən, Norveçin ifadə azadlığı, ictimai müzakirələri, incəsənəti və mədəniyyəti təşviq etməyə çalışan özəl qeyri-kommersiya fondu olan "Fritt Ord", Norveç Helsinki Komitəsi, BMT-nin İnkişaf proqramı, Açıq Cəmiyyət Vəqfləri, İsrailin Gürcüstandakı Səfirliyi, Fridrix Ebert Fondu kimi nüfuzlu beynəlxalq təşkilat və səfirliklər tərəfindən dəstəklənir.[3]
Platforma 2018-ci ildə Frit Ord fondu və ZEIT-Stiftung tərəfindən təsis edilən "Free Media Awards" mükafatına layiq görülmüşdür. Platformanın namizədliyi Almaniyanın Gürcüstandakı səfirliyi tərəfindən verilib.[1][4]
16 dekabr 2023-cü ildə "Qadınlar ümumi gələcək naminə" (WECF) təşkilatının təşkil etdiyi "Media naminə bərabərlik 2023" media müsabiqəsində "Ən yaxşı vizual iş" kateqoriyasında qalib olub.[5]
4 yanvar 2019-cu il tarixində Chai Khana media platformasının saytında Tsalka bələdiyyəsinin Qumbati kəndində işləyən müəllim barədə "Gün batımından olan qız" adlı süjet yayımlanıb. 27 yanvar 2019-cu il tarixində Gürcüstan ictimai yayımçısına məxsus Birinci Kanalda eyni şəxsdən bəhs edən "Gün batımı kəndindən olan qız" süjeti yayımlanıb. Chai Khana media rəhbərliyi kanalda yayımlanan süjetin müəlliflərinin Gürcüstanın Jurnalist Etikası Xartiyasının plagiatla bağlı 11-ci prinsipini pozduğunu iddia edərək kanalı xartiyaya şikayət edib.[6] Xartiya Şurası 15 may 2019-cu ildə verdiyi qərarla Birinci Kanalın məzmunu plagiatlaşdırdığını təsdiqləyib. Şura eyni mövzunun müxtəlif KİV-lərdə işıqlandırılmasını əsas məqsəd kimi qiymətləndirib, lakin 11-ci prinsipin pozulmasına bu qərarda göstərilən digər halların birləşməsinin səbəb olduğunu qeyd edib.[7][8]