Chelidonium fulvum

Sarı buynuzlalə (lat. Glaucium flavum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin buynuzlalə cinsinə aid bitki növü.

Sarı buynuzlalə
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

İkiillik ot bitkisi olub, hündürlüyü 50sm-ə qədər olur. Gövdəsi düz, dəyirmi olub, budaqlanandır. İnkişafının birinci ilində çətiri böyük liraşəkilli-lələkvari yarılmış, yarpaqları sıxtükcüklü olmaqla, uzunluğu 35 sm-ə qədərdir. Gövdəyəbənzər yarpaqları çoxsaylı, şişkin, göyümtül, oturaq, yuxarı hissəsi qısa, oval, demək olar ki, kənarları bütövdür. Çiçəkləri tək, iri, diametri 1,5-3sm, ləçəkləri 4, böyük tərsyumurtaşəkilli və ya dairəvi, uzunluğu 3,5 sm, parlaq-sarı və ya tünd-sarıdır. Toxumları böyrəkşəkilli, qəhvəyi və ya qaradır. Bitkinin bütün hissələri şirəli soka malik olub, şirəsi çıxarıla bilir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr ayında isə meyvələri yetişir.

Qumsal torpaqlarda, qaya və çınqıllı yerlərdə yaşayır.

Gövdə əmələgəlmə, butonizasiya və ya ot və çiçək əmələgəlmə mərhələsində, mədəni bitki olan sarı buynuzlalə birinci il iyulun sonu, avqustda, ikinci ildə isə iyunda toplanılarsa keyfiyyətli dərman bitkisi hesab edilir. Birinci çalımda bitkidə maksimal miqdarda qlauçin alkaloidi toplanılır. İkinci çalımda avqustda, birillik əkində sentyabrın sonu, oktyabrda qlauçinin miqdarı 1%-ə qədər olur. Qurudulma təbii şəraitdə, brezent üzərində yeri meyilli, daimi havalı yerlərdə, naveslərdə, qəlbirləndikdən sonra quruducu şkafda 50-60°С temperaturda qurudulmalıdır.

Xammal olaraq toplanılan tam və qismən yarpaqlarla örtülmüş budaqları, çiçək və yetişməmiş meyvələri qarışıq kimi istifadə edilir. Spesifik zəif iylidir.

Xammal B şkafında saxlanılır. Saxlanılma müddəti 3 ildir.

Tərkibi və təsiri[redaktə | mənbəni redaktə et]

Otun tərkibində flavonoidlərdən rutin, izoxinolin sırasının 15 alkaloidləri vardır. Əsas alkaloidlərə qlauçin (2%) izoboldin, xeleritrin, sanqvinarin və protopin aiddir.

Öskürəkkəsici, α-adrenoblakatr dərmandır. Qlauçinin öskürəkkəsici aktivliyi vardır. Öskürək mərkəzinə və periferik sistemə təsir edir və arterial təzyiqi azaldır.

Bitkinin tərkibindəki qlauçin-hidroxlorid tibbdə yuxarı tənəffüs yollarının və ağ ciyərlərin xəstəliklərində işlədilir.

Sinonimləri[redaktə | mənbəni redaktə et]

  • Chelidonium fulvum Poir.
  • Chelidonium glaucium L.
  • Chelidonium glaucum Hill
  • Chelidonium littorale Salisb.
    • Glaucium corniculatum var. braunianum Kuntze
    • Glaucium corniculatum var. flavum (Crantz) Kuntze
    • Glaucium corniculatum var. fulvum (Sm.) Kuntze
  • Glaucium corniculatum f. grandiflorum Kuntze
    • Glaucium corniculatum var. mauritanicum Kuntze
  • Glaucium corniculatum f. sublobatum Kuntze
    • Glaucium corniculatum var. tricolor (Godr.) Kuntze
  • Glaucium fischeri Bernh.
    • Glaucium flavum var. fulvum (Sm.) Fedde
  • Glaucium flavum f. obtusilobum Fedde
    • Glaucium flavum var. plenum Halácsy
    • Glaucium flavum var. serpieri (Heldr.) Halácsy
  • Glaucium flavum f. subleiocarpum Kuzmanov & Gegova
  • Glaucium fulvum Sm.
  • Glaucium glaucium (L.) H.Karst. [Invalid]
  • Glaucium glaucum Moench
  • Glaucium littorale Salisb.
  • Glaucium luteum Crantz [Illegitimate]
  • Glaucium luteum Scop.
    • Glaucium luteum var. glabratum Willk. & Lange
    • Glaucium luteum var. vestitum Willk. & Lange
  • Glaucium maculatum Szov.
  • Glaucium richardsonii Bernh. ex Fedde
  • Glaucium serpieri Heldr.
  • Glaucium tricolor Godr. [Illegitimate]
  • Papaver cornutum Garsault [Invalid]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]