Chlorostemma odoratum

Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü.

Ətirli qatıqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Avropa, Qərbi AsiyaŞimali Afrikada bitir.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Yarpaqlı meşələrdə, əsasən palıd və fıstıq meşələrində, rütubətli torpaqda kölgədə rast gəlinir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Asperula odora Salisb.
  • Asperula odorata L.
  • Chlorostemma odoratum (L.) Fourr.
  • Galium matrisylva F.H.Wigg.

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Asperula eugeniae K.Richt.
  • Asperula matrisylva Gilib.
  • Asperula odorata var. trifida Sennen
  • Asterophyllum asperula K.F.Schimp. & Spenn.
  • Asterophyllum sylvaticum K.F.Schimp. & Spenn.
  • Galium odoratum var. eugeniae (K.Richt.) Ehrend.