Cida adası

Cida adası (ərəb. جزيرة جدة‎) — Fars körfəzində Bəhreynə aid olan qayalı, yaşayış olmayan ada. Manama şəhərindən 18 km qərbdə, Umm es-Sabban adasından qərbdə və 1,75 km uzunluğunda bəndlə bağlandığı Umm-an-Nasan adasının şimalında yerləşir. Əvvəllər dövlət həbsxanası kimi fəaliyyət göstərən adada daş karxanası olmuşdur, hazırda istirahət zonası kimi fəaliyyət göstərir. İnzibati cəhətdən Şimal muhafazasına aiddir. Əsasən ada əhəngdaşı qayalarından ibarətdir. Adadan kəsilmiş qaya bloklarının Bəhreyn adasındakı Barbar məbədində istifadə edildiyi güman edilir[1].

Cida adası
ərəb. جزيرة جدة
Ümumi məlumatlar
Sahəsi 0,5 km²
Uzunluğu
  • 1,6 km
Eni 0,63 km
Əhalisi 0 nəfər (2014-cü il)
Yerləşməsi
26°11′37″ şm. e. 50°24′15″ ş. u.HGYO
Ölkə  Bəhreyn
Akvatoriya
Cida adası xəritədə
Cida adası
Cida adası
  1. "Barbar Temple - Unesco". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-08.