Cidaqaya (fars. جداقيه) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Cidaqaya | |
---|---|
36°48′43″ şm. e. 47°04′50″ ş. u.HGYO | |
Ölkə | İran |
Əhalisi | |
Əhalisi | 189 (2006) nəfər |
Milli tərkibi | azərbaycanlılar |
Cidaqaya kəndi Tikantəpə və Saraskənd şəhərlərinin arasında yerləşərək, Tikantəpədən 67 kilometr şimalda yeralıbdır. Cidaqaya Ağotaq, Arpaçayı və Ərəbşah kəndlərindən sonra, iki hündür dağın yamacında olaraq, kəndə gedən avtomobil yolu isə çox qəzalıdır. Ərazisi dağlıqdır.
Cidaqayada bir ibtidai məktəb və məscid fəaliyyət göstərir. Kəndin keçidləri son neçə ildə daşla örtülmüşdür. Burada su, işığ və telefon var ancaq kəndlilər yanacağ baxımından əziyyət çəkirlər.[1]
2006-cı il məlumatına görə kənddə 189 nəfər[2] yaşayır (37 ailə). Əhalisi Azərbaycan türklərindən ibarətdir. Kəndin ləhcəsi Tikantəpəilə fərqlidir.