Təkab

Təkab (fars. تکابAzərbaycan türkcəsində. Tikan təpə) [2] [3]İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır.

Təkab
تکاب
36°24′03″ şm. e. 47°06′47″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.808 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 49.677 nəf. (2016)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +98 482
Digər
tekab-ag.ir
Xəritəni göstər/gizlə
Təkab xəritədə
Təkab
Təkab
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1937-ci ildə Tikantəpənin adı türkcə olduğu üçün farsca Fərhəngistanın (Dil və Mədəniyyət nazirliyi) hökmü ilə dəyişildi

1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur.

2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir.[4] Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar:

1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı. Ailənin atası Şərif adlı kişi idi. Məhəmməd Rza şah Pəhləvinin hakimiyyətinin sonuna yaxın bura bir məhəllə halına gəlmiş, ona ilk yerləşmiş Şərif kişinin adı ilə Şərifava adı verilmişdir. Şərifava məhəlləsinə şah rejiminin sonu və islam inqilabının ilk illərində kürd əsilli ailələrin köçü sürətlənmiş və nəticədə hazırda bir kürd məhəlləsi halına gəlmişdir.

Qalan 40 məhəllədə yalnız azərbaycanlılar yaşamaqdadır. Şəhərin azərbaycanlı əhalisi Əfşar elindəndir. Şəhərdə də şəhristanın kəndlərində olduğu kimi dünya şöhrətli Əfşar xalçası toxunur.

Şəhərin və şəhristanın görməli yerləri

[redaktə | mənbəni redaktə et]
  • Balqız dağı (və ya Bilqeys — Balqız dağının farslaşdırılmış adıdır) — türk eli arasında ona Haça dağ da deyirlər, səbəbi iki qoşa zirvəsinin olmasıdır, hündürlüyü 3350 metr. Bu dağın iki zirvəsinin başı ilin bütün fəsilləri boyu qarlı olur. Yay aylarında qar nisbətən azca əriyir və tarixən bu qar sularının əmələ gətirdiyi və bu iki zirvə arasında yerləşən möhtəşəm mənzərəyə sahib gölə tökülür.
  • Dev zindanı dağı (və ya Zindan dağı) — 120 metr hündürlüyə sahib olan içi boş dağ olan təbii komleks, ağzının eni 50 metrdir. Ətrafında bizim eradan əvvəl 1000 il öncəsinə — o dövrdə mövcud olmuş Manna dövlətinə aid abidələr vardır. UNESCO-da İranın tarixi əsərləri siyahısında qeyd olunmuşdur.
  • Qəynərcə şəlaləsi — Təxt-i Süleyman yaxınlığında yerləşən Qəynərcə kəndində yerləşir.
  • Birincə dəryası — Töhül dağının ətəklərində Birincə kəndində yerləşir.
  • Çəmligöl (və ya Çəmlibel və ya Çənlibel) — təbii əsər, 85 metr eni olan göldə yerləşən və onun üzərində hərəkət edən 70 metr eni olan adadır.
  • Savruq körpüsü — Səfəvilər dövrünə aiddir, türk kəndi olan Durbaş kəndinin yanında yerləşir.
  • Balqız qalası — qala 3350 metr hündürlüyü olan Balqız dağının başında tikilib və Təxt-i Süleymanın yaxınlığındadır.
  • Sərdar Əfşar qalası — Tikantəpə şəhərinin ortasında yerləşir.
  • Sarıqurqan qalası — qala Tikantəpədən Sayınqalaya gedən yolun üzərində yerləşir.
  • Oğulbəy kəndinin Cümə məscidi
  • Oğulbəy buzlu xanası
  • Kərəfto köhülü (mağarası)
  • Təxti-Süleyman (və ya Soğurluq) — bizim eradan 1000 il əvvəl yəni 3000 il öncə əsası qoyulmuşdur, bu ərazidəki qədim yaşayış komleksi öncə Manna dövlətinin, daha sonra Atropantena dövlətinin paytaxtı olmuşdur, hazırda qədim Qazaka şəhəri xarabalığının yerləşdiyi tarixi kompleksdir. UNESCO-da İranın tarixi əsərləri siyahısında qeyd olunmuşdur.
  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  2. "اسم قدیم و جدید شهرهای ایران". 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  3. "Şahmərəsinin türkcə-farsca lüğətində Tikan adının mənasına bax, səhifə 442" (PDF). 2024-04-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-19.
  4. World Gazetteer :"Takāb city". 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-17.