Təkab şəhristanı

Təkab şəhristanı (fars. شهرستان تکاب‎) — İranın Qərbi Azərbaycan ostanının 17 şəhristanından biri və bu ostanda inzibati ərazi vahidi. Şəhristanın inzibati mərkəzi Təkab (Tikantəpə) şəhəridir.

Təkab şəhristanı
شهرستان تکاب
36°27′ şm. e. 47°04′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 80.556 nəf. (2016)[1]
Təkab şəhristanı xəritədə
Təkab şəhristanı
Təkab şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Təkab şəhristanının Qərbi Azərbaycan ostanındakı yerləşimi

Şəhristanın ərazisi 2,523 km²-dir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə şəhristanın əhalisi 17 618 ailədə 81 395 nəfər (kişilər - 40 161 nəfər, qadınlar - 41 234 nəfər) olmuşdur.[2][3]

Təkab şəhristanında əsasən azərbaycanlılar[4], qismən kürdlər yaşayırlar.Bölgədə yaşayan azərbaycanlılar, Azərbaycan dilində (əfşar şivəsində), kürdlər isə soran ləhcələsində danışırlar.

Təkab şəhristanının inzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]
  • Mərkəzi bəxşi
    • İnzibati mərkəzi: Təkab (Tikantəpə)
      • DEHİSTANLARI:
        • Əfşar dehistanı
          • KƏNDLƏRİ: Badarlı (Padarlı), Badxərid / Vixer, Çahartağ, Çiçəkli, Feyzabad, Qalacıq, Qaraqaya, Qocur, Sarıcalı, Oğulbəy, Yolqunağac
        • Ənsar dehistanı
          • KƏNDLƏRİ: Ağqala, Ərəbşah, Asmanbulağı, Ayqalası, Durbaş, Gəzdərə, Hacıbabay-i Ülya, Hacıbabay-i Süfla, Hacıbabay-i Vusta, Kotan-i Ülya, Qırxlı, Sabil, Tamay, Taşəkabud / Taşkabud
        • Kərəftu dehistanı
          • KƏNDLƏRİ: Əliabad-i Noxuddərə, Ağabəy, Badmahmud, Boluz (Bolus), Çaharqala, Çəpdərə, Dərvişrəş, Daşbulaq, Noxuddərə, Pəhləvan, Qarababa, Güldərə-i Ülya, Güldərə-i Süfla, Qoca, Sarıbağ, Sarıqurğan, Təpəbur, Taskənd, Tondarlı (Dondarlı), Yəhərli
  • Təxt-i Süleyman bəxşi
    • Şəhərləri yoxdur
      • DEHİSTANLARI:
        • Əhmədabad dehistanı
          • KƏNDLƏRİ: Əhmədabad-i Ülya, Əhmədabad-i Süfla, Alçalı-i Ülya, Alçalı-i Süfla, Əminabad, Anqurud / Ənqurud, Ağotaq, Ağdərə-i Ülya, Ağdərə-i Süfla, Ağdərə-i Vusta, Ərəbşah, Arpaçayı, Çıraqtəpə-i Ülya, Çıraqtəpə-i Süfla, Güləgülə, Həsənabad, Cidaqaya, Qaynarca, Şirmərd, Yarəziz, Yengikənd, Zərəşoran, Zinharkəndi / Zinhar
        • Çəmən dehistanı
          • KƏNDLƏRİ: Ağbulaq-i Həmədani, Ağbulaq-i Ülya (yerli əhalinin dilindəki əsl adı Baş Ağbulaq), Babanəzər, Birincə, Günbəd, Gögərdçi (Göyərdici / Göyərçin (?)), Hampa, Üçhisar, Qarabulaq, Qaranaz, Qarovulxana, Qızılqışlaq, Qoşabulaq, Quşxana-i Ülya, Təzəkənd-i Nüsrətabad, Tumarkəndi
        • Sarıq dehistanı
          • KƏNDLƏRİ: Alasaqqal, Başbarat, Çöplü, Daş Qızqapan, Doldolbulağı, Göyağac, Kərimabad, Xarxar, Kusəpiri, Mayinbulaq, Nəbikəndi, Qaraömər, Tərməkçi

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]
  • Balqız dağı (və ya Bilqeys - Balqız dağının farslaşdırılmış adıdır) - türk eli arasında ona Haça dağ da deyirlər, səbəbi iki qoşa zirvəsinin olmasıdır, hündürlüyü 3350 metr. Bu dağın iki zirvəsinin başı ilin bütün fəsilləri boyu qarlı olur. Yay aylarında qar nisbətən azca əriyir və tarixən bu qar sularının əmələ gətirdiyi və bu iki zirvə arasında yerləşən möhtəşəm mənzərəyə sahib gölə tökülür.
  • Divzindanı dağı (və ya Zindan dağı) - 120 metr hündürlüyə sahib olan içi boş dağ olan təbii komleks, ağzının eni 50 metrdir. Ətrafında bizim eradan əvvəl 1000 il öncəsinə - o dövrdə mövcud olmuş Manna dövlətinə aid abidələr vardır. UNESCO-da İranın tarixi əsərləri siyahısında qeyd olunmuşdur.
  • Qəynərcə şəlaləsi - Təxt-i Süleyman yaxınlığında yerləşən Qəynərcə kəndində yerləşir.
  • Birincə dəryası - Töhül dağının ətəklərində Birincə kəndində yerləşir.
  • Çəmligöl (və ya Çəmlibel və ya Çənlibel) - təbii əsər, 85 metr eni olan göldə yerləşən və onun üzərində hərəkət edən 70 metr eni olan adadır.
  • Savruq körpüsü - Səfəvilər dövrünə aiddir, türk kəndi olan Durbaş kəndinin yanında yerləşir.
  • Balqız qalası - qala 3350 metr hündürlüyü olan Balqız dağının başında tikilib və Təxt-i Süleymanın yaxınlığındadır.
  • Sərdar Əfşar qalası - Tikantəpə şəhərinin ortasında yerləşir.
  • Sarıqurğan qalası - qala Tikantəpədən Sayınqalaya gedən yolun üzərində yerləşir.
  • Oğulbəy kəndinin Cümə məscidi
  • Oğulbəy buzlu xanası
  • Kərəfto köhülü
  • Təxti-Süleyman (və ya Soğurluq) - bizim eradan 1000 il əvvəl yəni 3000 il öncə əsası qoyulmuşdur, bu ərazidəki qədim yaşayış komleksi öncə Manna dövlətinin, daha sonra Atropantena dövlətinin paytaxtı olmuşdur, hazırda qədim Qazaka şəhəri xarabalığının yerləşdiyi tarixi kompleksdir. UNESCO-da İranın tarixi əsərləri siyahısında qeyd olunmuşdur.
  • İstisu, Qəynərcə suyu, Birincə suyu, Çardaq suyu, Ağbulaq suyu, Oğulbəy suyu, Durbaş suyu, Tamay suyu və s.
  • Ağdərə qızıl mədəni - Tikantəpə şəhərinin 30 km-liyində yerləşir, burada fəaliyyət göstərən Puyazərkan karxanası mədəndən ildə 4 ton saf qızıl hasil edir, mədəndə filizlər arındırılarkən onun tərkibindən saf qızılla yanaşı gümüş və civə də hasil edilməktədir, karxananın təkcə qızıl hasilatından əldə etdiyi gəlir illik 150 milyard İran tüməni dəyərindədir, karxananın bütün səhmləri fars əsilli səhmdarlara məxsusdur. Ağdərə mədəni İran İslma respublikasının Zərəşoran qızıl mədənindən sonra ikinci ən böyük qızıl mədənidir.
  • Zərəşoran qızıl mədəni - fəaliyyətdə deyil, 150 min ton real qızıl ehtiyatına sahibdir. İran İslam Respublikasının ən böyük qızıl mədənidir.
  • Balqızın qranit mədəni - Səhənd və Savalan dağlarından sonra Güney Azərbaycanın üçüncü ən uca dağı olan Balqız dağının zirvəsində yerləşir. Bugün Tikantəpə şəhristanı ərazisində 220 bu cür dəyərli daşlara sahib mədənlər mövcuddur ki onlardan 85-i fəaliyyətdədir, digər mədənlərin də fəaliyyətə başlaması üçün texniki hazırlıqlar hökumət planındadır. Mədən tikinti materialları ehtiyatlarına görə Tikantəpə İranın ən zəngin ərazisi hesab olunur. Bütün mədənlər qeyri-Tikantəpəli və qeyri-azərbaycanlı olan əsasən fars əsilli və isfahanlı sahibkarlara, qismən digər bölgələrdən olan kürd əsilli sahibkarlara məxsusdur. Bütün karxanalarda mədənlərdən orta hesabla ildə 108 milyard İran tüməni dəyərində mədən tikinti materialları - qiymətli tikinti daşları hasil edilir.

Görkəmli şəxslər

[redaktə | mənbəni redaktə et]
  • Yədullah Məftun Əmini: 1926-cı ildə Tikantəpə şəhərində anadan olmuşdur. Güney Azərbaycanın tanınmış şairlərindən biridir.
  • Seyyid Yəhya Yəsrubi: 1942-ci ildə Çıraqtəpə kəndində anadan olmuşdur. İranın böyük islam alimi və mütəfəkkirlərindən biridir.
  • Əbasələt Sadiqi
  • Cəmşid Yari
  • Zəbihullah Qasımlı
  • Yadullah Səburi (şair
  • İrandan xaricdə yaşayan təkablılar
  • Professor Şəhriyar Sadiq Əfşar Çıraqtəpə: ABŞ-də yaşayan tanınmış fizika alimi, şəhristanının türk kəndi olan Çıraqtəpə kəndində anadan olmuşdur.
  • İbrahim Şiri (Azərbaycan Respublikası, Bakı)
  • Rəsul Vəlizadə (Almaniya)
  • Əli Nasiri (Norveç)
  • Pərviz Nəvidi (Fransa, Paris)
  • Həmid Qaraxani (Stokholm)
  • Həsən Dadbar (Kanada)
  1. نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
  2. Government of Takab city (Takab şəhristanının rəsmi saytı) :معرفی شهرستان[ölü keçid]
  3. "Statistical centre of Iran". 2009-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-04-14.
  4. روزنامه جام جم - JameJamOnline.ir :تکاب شهر قلعه هاي تاريخي[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]