Cino Rossetti

Cino Rossetti (it. Gino Rossetti italyanca səslənmə [ˈdʒiːno rosˈsetti]; 7 noyabr 1904, Speziya, Liquriya15 may 1992, Speziya, Liquriya) — İtalyalı keçmiş futbolçu. Mövqeyi hücunçu olub.[1]

Cino Rossetti
Ümumi məlumatlar
Doğum tarixi 7 noyabr 1904(1904-11-07)
Doğum yeri
Vəfat tarixi 15 may 1992(1992-05-15) (88 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Mövqeyi hücumçu

Rozzetti karyerasına daha sonra əsas heyətdə oynadığı ikinci divizion klubu olan "Spetsiya"nın gənclər komandasında başlayır. Onun oyunu "Torino" klubunun rəhbərliyinin diqqətini cəlb edir və "Torino" onu transfer etmək üçun "Spetsiya" klubuna müraciət edir. Ancaq "Spetsiya" klubu oyunçunu satmaqdan imtina edir. Bu zaman Rossetti Çiliyə, bu ölkədə oynayan qardaşı Cuzeppenin yanına gedəcəyini və Çili çempionatında oynayacağını deyir. Bundan sonra "Spetsiya" klubunun rəhbərləri Cinonu klubdan buraxırlar və Rossetti "Torino"nun futbolçusu olur.

Turin komandasında Rossetti, Adolfo Balonçeri ve Xulio Libonatidən ibarət "Möcüzəvi üçlük" (Il trio delle meraviglie) ləqəbli məşhur hücum üçlüyünü formalaşdıraraq klubun liderlərindən birinə çevrilir. "Torino" ilə Rossetti 1927-ci ildə İtaliya çempionluğunu qazanır. Növbəti mövsümdə Rossetti 23 qol vuraraq çempionatın bombardirlərindən birinə çevrilir və komandasının ardıcıl ikinci dəfə İtaliyada ən güclü olmasına kömək edir. 1928-29 mövsümündə "Torino" "Bolonya" klubundan sonra ikinci oldu, lakin Rossetti özü 27 oyunda rekord 36 qol vuraraq çempionatın bombardiri olur. Rossetti 1933-cü ilə qədər "Torino"da oynayır və "Torino"nun heyətində 219 oyunda 136 qol vurur.

1933-cü ildə Rossetti "Napoli" klubuna keçir. Ancaq orda çox uğursuz olub sonra "Torino"ya qayıdır.

İtaliya milli komandasında Rossetti 27 yanvar 1927-ci ildə İsveçrə ilə matçda debüt etdi. Milli komandanın tərkibində 1928 yay olimpiadasına qatılır. Rozetti 1930-cu ildə Mərkəzi Avropa çempionatının çempionu və bombardiri olur (komanda yoldaşı Libonatti ilə birlikdə).

  1. "Arxivlənmiş surət". 2021-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-08.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]