Cinzaburo Masaki[a] (真崎 甚三郎, Masaki Cinzaburo?, 27 noyabr 1876 və ya 1876[1], Saqa prefekturası – 31 avqust 1956 və ya 1956[1]) – Yaponiya generalı. Rus-yapon müharibəsində kiçik zabit kimi iştirak etmiş, növbəti illərdə Yaponiyanın aparıcı hərbi xadimlərindən biri olmuşdur.[2]
Cinzaburo Masaki | |
---|---|
yap. 真崎 甚三郎 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 noyabr 1876 və ya 1876[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1956 və ya 1956[1] |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Yaponiya imperiyası |
Qoşun növü | Yaponiya İmperator ordusu |
Rütbəsi | general |
Döyüşlər | |
Təltifləri |
Cinzaburo Masaki 1876-cı ildə Yaponiyanın Saqa prefekturasında doğulmuş, 1897-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Rus-yapon müharibəsinə leytenant kimi qatılan Masaki 6-cı diviziyanın bölük komandiri təyin olunmuş, 1904-cü ilin sonunda kapitan rütbəsinə yüksəlmişdir. 1933-cü ildə general olmuş, 1934-cü ildə isə hərbi təhsil müfəttişi təyin olunmuşdur.[2]
Masaki 1930-cu illərin əvvəllərində Sadao Araki ilə birlikdə orduda Kodoha adlı ultramilliyyətçi qruplaşmaya başçılıq etmişdir. 1935-ci ildə hökumətin öndə gələn siyasi fiqurlarına qarşı sui-qəsd cəhdi planı ilə əlaqəsinə görə ordudan xaric edilmişdir. 1936-cı ildə baş verilmiş hərbi çevriliş cəhdi ilə ittiham olunmuş, lakin yetərli sübut olmadığı üçün bəraət qazanmışdır. İkinci dünya müharibəsindən sonra Tokio Müharibə Cinayətləri Məhkəməsində A dərəcəli müharibə cinayəti kimi mühakimə olunmuş və iki il həbs cəzası almışdır.[2]