Elektron kitabxana

Elektron kitabxana, həmçinin onlayn kitabxana və ya rəqəmsal kitabxana — özündə mətn, hərəkətsiz şəkillər, audio, video, elektron sənədlər və ya digər rəqəmsal media formatlarını ehtiva edən rəqəmsal obyektlərin onlayn verilənlər bazası və ya internet vasitəsilə əldə edilə bilən kitabxana. Obyektlər çap və ya fotoşəkillər kimi rəqəmsal məzmundan, eləcə də mətn prosessoru faylları və ya sosial media yazıları kimi ilkin istehsal edilmiş rəqəmsal məzmundan ibarət ola bilər. Elektron kitabxanalar məzmunun saxlanması ilə yanaşı, kolleksiyada olan məzmunun təşkili, axtarışı və əldə edilməsi üçün vasitələr təqdim edir. Elektron kitabxanalar ölçü və əhatə dairəsinə görə çox fərqli ola bilər, həmçinin fərdlər və ya təşkilatlar tərəfindən saxlanıla bilər.[1] Elektron məzmun lokal formada yerləşdirilə və ya kompüter şəbəkələri vasitəsilə uzaqdan əldə edilə bilər. Bu informasiya axtarış sistemləri qarşılıqlı fəaliyyət və davamlılıq vasitəsilə bir-biri ilə məlumat mübadiləsi aparmaq qabiliyyətinə malikdirlər.[2]

Elektron kitabxanaların erkən tarixi yaxşı sənədləşdirilməmişdir, lakin konsepsiyanın yaranması bir neçə əsas mütəfəkkir ilə bağlıdır.[3] Bu anlayışın əvvəlki versiyaları arasında Pol OtleHenri La Fontenin 1895-ci ildə dünyada sülhü təmin etmək ümidi ilə ümumbəşəri bilikləri toplamaq və sistematik şəkildə kataloqlaşdırmaq cəhdi olan "Mundaneum" qurumu daxildir.[4] Elektron kitabxana anlayışı haqqında təsəvvürlər bir əsr sonra – internetin böyük genişlənməsi zamanı həyata keçirilmişdir.[5]

Vannevar BuşCozef Karl Robnett Liklayder bu ideyanı o vaxtkı texnologiyaya təkmilləşdirən iki iştirakçıdır. Buş Hiroşimaya atılan bombaya səbəb olan tədqiqatları dəstəkləmişdi. O, baş tutan fəlakəti gördükdən sonra texnologiyanın məhv olmaq əvəzinə necə anlayışa gətirib çıxara biləcəyini göstərən bir maşın yaratmaq istəyirdi. Bu maşına iki ekran, açar və düymələr və klaviatura olan bir masa daxil idi.[6] O, buna "Memex" adını vermişdi. Bu yolla insanlar saxlanılan kitablara və fayllara sürətli bir şəkildə daxil ola bilərdilər. 1956-cı ildə Ford Fondu kitabxanaların texnologiya ilə necə təkmilləşdirilə biləcəyini təhlil etmək üçün Liklayderi maliyyələşdirmişdi. O, təqribən on il sonra dərc etdiyi "Gələcəyin kitabxanaları" adlı kitabında bu mözuya baxışını da daxil etmişdi. O, kompüterlərdən və şəbəkələrdən istifadə edən bir sistem yaratmaq istəyirdi ki, insan bilikləri insan ehtiyacları üçün əlçatan olsun və əks əlaqə maşın məqsədləri üçün avtomatlaşdırılsın. Bu sistem üç komponentdən ibarət idi: bilik korpusu, sual və cavab. Liklayder bunu prokoqnitiv sistem adlandırmışdı.

İlkin layihələr elektron kitabxana kataloqu (EKK) kimi tanınan elektron kart kataloqunun yaradılmasına yönəlmişdi. 1980-ci illərdə bu cəhdlərin uğuru EKK-nin bir çox akademik, ictimai və xüsusi kitabxanalarda ənənəvi kart kataloqunu əvəz etməsi ilə nəticələnmişdi. Bu, kitabxanalara resurs mübadiləsini dəstəkləmək və fərdi kitabxanadan kənarda kitabxana materiallarına çıxış imkanlarını genişləndirmək üçün əlavə mükafatlandırıcı əməkdaşlıq səyləri göstərməyə şərait yaratmışdı.[7]

Rəqəmsal kitabxananın ilk nümunəsi 1964-cü ildə yaradılmış və 1969-cu ildə "DIALOG" vasitəsilə onlayn olaraq istifadəyə verilmiş Təhsil Resursları Məlumat Mərkəzidir. O, təhsil sitatları, xülasələr və mətnlərdən ibarət verilənlər bazası idi.[8]

1994-cü ildə rəqəmsal kitabxanalar tədqiqat cəmiyyətində geniş şəkildə görünməyə başlamışdır. Buna səbəb NASAMilli Elm Fondu (NSF) tərəfindən birgə dəstəklənən, 24,4 milyon ABŞ dolları dəyərində NSF tərəfindən idarə olunan DARPA-nın İnformasiyanın İntellektual İnteqrasiyası (İ3) proqramı idi.[9] Uğurlu tədqiqat təklifləri ABŞ-nin altı universitetindən gəlmişdir.[10] Bu universitetlər arasında Karnegi Mellon Universiteti, Berkli Kaliforniya Universiteti, Miçiqan Universiteti, İllinoys Universiteti, Santa-Barbara Kaliforniya UniversitetiStenford Universiteti var idi. Layihələrdə təqdim olunan məqalələr 1996-cı ilin mayında onların yarımçıq mərhələsində uğurunu ümumiləşdirir.[11] Sergey BrinLarri Peyc tərəfindən Stenfordda aparılan tədqiqatlar "Google"un yaranmasına səbəb olmuşdur.

Rəqəmsal kitabxana modelləri yaratmaq üçün ilkin cəhdlərə "DELOS Digital Library Reference Model"[12][13] və " 5S Framework"[14][15] daxildir.

  1. Witten, Ian H.; Bainbridge, David Nichols. How to Build a Digital Library (2nd). Morgan Kaufman. 2009. ISBN 9780080890395.
  2. Lanagan, James; Smeaton, Alan F. "Video digital libraries: contributive and decentralized". International Journal on Digital Libraries. 12 (4). September 2012: 159–178. doi:10.1007/s00799-012-0078-z.
  3. Lynch, Clifford. "Where Do We Go From Here? The Next Decade for Digital Libraries". D-Lib Magazine (ingilis). 11 (7/8). 2005. doi:10.1045/july2005-lynch. ISSN 1082-9873. This is a field with an incredibly rich, and, as yet, poorly chronicled pre-history and early history. There is a stream of work and ideas that reaches back to at least the turn of the 20th century, and includes such thinkers as H.G. Wells and Paul Otlet; later contributors to the pre-history of visions of new, technologically-enabled means of knowledge organization, access and distribution also include Vannevar Bush and J.C.R. Licklider.
  4. Stocker, Gerfried. Beyond Archives (or the Internet 100 years before the Internet) // Magalhães, Ana Gonçalves; Beiguelman, Giselle (redaktorlar ). Possible Futures: Art, Museums and Digital Archives (ingilis). Editora Peirópolis LTDA. 1 January 2014. ISBN 9788575963548. İstifadə tarixi: 30 April 2018. Actually it was 1895 when Paul Otlet together with Henry La Fontaine, who was later awarded the Nobel Peace Prize, started a project – Mundaneum – that was initiated and driven by their idea that, if they would be able to collect all human knowledge and make it accessible to everybody worldwide, then this would bring about peace on Earth.
  5. Schatz, Bruce. "Information Retrieval in Digital Libraries: Bringing Search to the Net". Science. 275 (5298). 1997: 327–334. doi:10.1126/science.275.5298.327. PMID 8994022.
  6. Bush, Vannevar. "As We May Think" (PDF). The Atlantic Monthly. July 1945: 101–108. 21 April 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 April 2018.
  7. Ganseman J. Refactoring a Library's Legacy Catalog: a Case Study (PDF). IAML 2015. New York City, USA. 2015. 2023-08-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-25.
  8. Bourne, Charles P.; Hahn, Trudi Bellardo. A History of Online Information Services, 1963–1976 (ingilis). MIT Press. 2003. 169–170. ISBN 9780262261753. İstifadə tarixi: 30 April 2018. 1696 Milestone – DIALOG, with the ERIC database, provided the first instance of extensive availability of abstracts online for search output.
  9. Wiederhold, Gio. "Intelligent integration of information". ACM SIGMOD Record. 22 (2). 1993: 434–437. doi:10.1145/170036.170118.
  10. Besser, Howard. The Past, Present, and Future of Digital Libraries // Schreibman, Susan; Siemens, Ray; Unsworth, John (redaktorlar ). A Companion to Digital Humanities (ingilis). Blackwell Publishing Ltd. 2004. 557–575. doi:10.1002/9780470999875.ch36. ISBN 9781405103213. 10 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2018.
  11. Schatz, Bruce. Chen, Hsinchun (redaktor). "Building large-scale digital libraries". IEEE Computer. 29 (5). 1996: 22–25. doi:10.1109/2.493453. hdl:10150/106127.
  12. Candela, Leonardo; Castelli, Donatella; Pagano, Pasquale; Thanos, Constantino; Ioannidis, Yannis; Koutrika, Georgia; Ross, Seamus; Schek, Hans-Jörg; Schuldt, Heiko. "Setting the Foundations of Digital Libraries". D-Lib Magazine. 13 (3/4). 2007. ISSN 1082-9873. 16 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2018.
  13. L. Candela et al.: The DELOS Digital Library Reference Model: Foundations for Digital Libraries. Version 0.98, February 2008 (PDF Arxiv surəti 19 fevral 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-02-19 at the Wayback Machine)
  14. Gonçalves, Marcos André; Fox, Edward A.; Watson, Layne T.; Kipp, Neill A. "Streams, structures, spaces, scenarios, societies (5s): A formal model for digital libraries". ACM Transactions on Information Systems. 22 (2). 2004: 270–312. doi:10.1145/984321.984325.
  15. Isah, Abdulmumin; Serema, Batlang Comma; Mutshewa, Athulang; Kenosi, Lekoko. "Digital Libraries: Analysis of Delos Reference Model and 5S Theory". Journal of Information Science Theory and Practice. 1 (4). 2013: 38–47. doi:10.1633/JISTaP.2013.1.4.3.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Harvey, Ross; Weatherburn, Jaye. Preserving Digital Materials (3rd). Rowman & Littlefield. 2018. ISBN 9781538102985.
  • McCormack, Allison, and Rachel Wittmann. (2022) “Rarely Analyzed The Relationship Between Digital and Physical Rare Books Collections.” Information technology and libraries 41.2; 1–13.
  • Pomerantz, Jeffrey, and Gary Marchionini. 2007. "The Digital Library as Place". Journal of Documentation 63(4): 505–33.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]