Citrus grandis

Pompelmus (lat. Citrus grandis) — sədokimilər fəsiləsinin sitrus cinsinə aid biki növü.

Pompelmus
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{کفکےCitrus}}, taksonun sistematikasını təsvir etməlidir کفکےCitrus.
???:
Pompelmus
Beynəlxalq elmi adı

Ümumi yayılması[redaktə | mənbəni redaktə et]

Cənubi Çin, Tailand, Tayvan, Yaponiya, Vyetnam, Hindistan, İndoneziya,Taiti adalarındaİsraildə, az miqdarda ABŞ-da (Kaliforniyada) becərilir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15 m-dək olan, şarşəkilli çətirə malik həmişəyaşıl ağacdır. Yarpaqları iridir. Çiçəkləri ağ, diametri 3-7 sm-dir, tək və ya 2-10 ədədi topa şəklində çiçək qrupunda yerləşir. Meyvəsinin diametri 30 sm-ə çatır, qalın qabıqla örtülür, codtəhər arakəsmə ilə iri hissələrə bölünür, hər hissənin içərisində toxumları olur. Yetişmiş meyvələrin rəngi-açıq yaşıldan sarıyadək dəyişilir, ölcülərinə görə qreypfrutdan iridir, elastik liflərlə fərqlənir. Pomelonun meyvəsi sitruskimilərin arasında ən iridir. Qabığı əsasən qalındır. Dadı turşa-şirin, bir qədər acıdır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Tropik və subtropik iqlimlərdə, 25-dək 300C-dək temperaturda bitir. Əhəng qarışığı və duzlu torpağa üstünlük verir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz və Talışda təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Meyvələri çiy və bişmiş halda istifadə edilir. Çində yeni ildə bu meyvələri firavanlıq və rifah simvolu kimi bir-birinə təqdim edirlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.