Borşevikyarpaq ağəsmə (lat. Clematis heracleifolia) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.
Borşevikyarpaq ağəsmə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Borşevikyarpaq ağəsmə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şərqi Çində, Koreyada təbii halda yayılmışdır. 1837-ci ildən mədəni şəraitdə Avropada dekorativ bağ bitkisi kimi becərilir.
Hündürlüyü təxminən 1 metr olan, düz, alt hissəsində oduncaqlaşmış, cod zoğları olan çoxillik bitkidir. Gövdələri düz dayanan, ancaq bünövrəsində çox və ya az oduncaqlaşmış, yumru, seyrək tükcüklü, zərifdir. Yarpaqları iri, dərili, üç-lələkvari, uzunluğu 15 sm-dəkdir. Çiçəklərin diametri təxminən 2,5 sm, 4 ədəd, parlaq mavi, ətirli, kənarları kəsikli ləçəkləri sünbülçiçək formalıdır. Avqust-sentyabrda çiçəkləyir. Toxumları 0,5-3 ay müddətində cücərir. Səpindən sonra ikinci il çiçəkləyir.
Mənfi 350C-dək şaxtaya davamlıdır. Uzun vegetasiya dövrü ilə fərqlənir (isti-mülayim zonada əsasən noyabradək), zoğları ona görə çox vaxt yetişmir. Kölgəli yerlərdə yaz soyuqları qurtardıqdan sonra açıq torpağa əkilir.
Azərbaycanda dekorativ bitki kimi mədəni şəraitdə becərilir.
Dekorativ bitki kimi yaşıllaşdırmada istifadə olunur. Gül gərdisində və ya kolların arasında əkilmək üçün istifadə edilir. Tək və qrup halında mədəni şəraitdə becərilir.