Clematis montana

Dağ ağəsməsi (lat. Clematis montana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü.

Dağ ağəsməsi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbiətdə növün arealı Əfqanıstanı, Pakistanı, Hind-Çini və Tayvanı əhatə edir. Avropada və Şimali Amerikada mədəni şəraitdə geniş yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 8 m-dək olan oduncaqlı lianadır. Yarpaqları çox vaxt üçər, qısa saplaqlı, uzunluğu 3-10 sm, ucu biz, kənarları dərin dişli, bəzən kənarları bütöv, çılpaq və ya təxminən çılpaq yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 1-5 ədəd dəstələrdə, əsasən ağ, diametri 3,5-5 sm, nazik, uzunluğu 5-10 sm olan çiçək saplaqlarında yerləşir. Kasayarpaqları ellipsvari və ya uzunsov, üst tərəfi zəif tükcüklü, erkəkcikləri sarıdır. Toxumcaları çılpaq, uzunluğu 7 mm, eni 4-4,5 mm, lələkvari olub, uzunluğu 5 sm-dəkdir. Mayda çiçəkləyir. İyulda-avqustda meyvə verir.

İstiyə, quraqlığa və soyuğa davamlı bitkidir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda mədəni şəraitdə becərilir.

Yaşıllaşdırmada tək və qrup əkinlərində istifadə olunur.