Clockwork Planet (クロックワーク・プラネット, Kurokkuwāku Puranetto?, azərb. Saat mexanizmi planeti) — Şinonun rəssamlığı ilə Yuu Kamiya və Tsubaki Himana tərəfindən yazılan ranobe seriyası. 2 aprel 2013-cü ildən bu yana Kodansha nəşriyyatının Kodansha Ranobe Bunko imprinti altında 4 cildi çapdan çıxmışdır. Kuronun rəssamlığı ilə hazırlanan manqa adaptasiyası isə 2013-cü ildən Kodansha nəşriyyatının "Monthly Shōnen Sirius" şonen manqası jurnalında nəşr olunur. Manqanın 5 tankobon cildi çapdan çıxmışdır. Anime adaptasiyasının 2017-ci ilin aprelindən yayımlanması planlaşdırılır.
Clockwork Planet | |
İlk ranobe cildinin üzlüyü. Personaj: RyuZU | |
クロックワーク・プラネット (Kurokkuwāku Puranetto) azərb. Saat mexanizmi planeti | |
---|---|
Janr | döyüş, fentezi |
Manqa | |
Manqaka | Yuu Kamiya, Tsubaki Himana |
Rəssam | Şino |
Nəşriyyat | Kodansha |
Demoqrafiya | kişilər |
Nəşr tarixi | 2 aprel 2013 – hazırda |
Cildlər | 4 |
Manqa | |
Yazıçı | Yuu Kamiya, Tsubaki Himana |
Rəssam | Kuro |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 2013 – hazırda |
Cildlər | 5 |
Anime | |
Rejissor | Tsuyoşi Naqasava |
Ssenarist | Kenci Suqihara |
Bəstəkar | Şu Kanematsu Hanae Nakamura Kaori Nakano Satoşi Hono |
Studiya | Xebec |
Kanal | TBS, BS-TBS |
Buraxılış tarixi | aprel 2017 — planlaşdırılır |
Hadisələr tamamilə dağılmış və saat mexanizmi ilə tamamilə yenidən tikilmiş dünyada baş verir. Bir gün Naoto Miura adlı lisey şagirdi gözlənilmədən bir avtomat qızla rastlaşır.
İlk ranobe cildi 2 aprel 2013-cü ildə Kodansha nəşriyyatı tərəfindən Kodansha Ranobe Bunko imprinti altında nəşr olunmuşdur. 29 dekabr 2015-ci ilə kimi dörd cildi çapdan çıxmışdır.
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 2 aprel 2013[2] | ISBN 978-4-06-375293-9 |
2 | 29 noyabr 2013[3] | ISBN 978-4-06-375348-6 |
3 | 31 oktyabr 2014[4] | ISBN 978-4-06-381415-6 |
4 | 29 dekabr 2015[5] | ISBN 978-4-06-381508-5 |
Anime adaptasiyası 2015-ci ilin dekabrında anons edilmiş, 2016-cı ilin dekabrında anime serialı adaptasiyası olacağı təsdiqlənmişdir.[6] Anime Xebec studiyası tərəfindən çəkilir və 2017-ci ilin aprelindən TBS və BS-TBS kanalları vasitəsilə yayımlanması planlaşdırılır.[1] Tsuyoşi Naqasava rejissor, Kenci Suqihara ssenarist, Şuiçi Şimamura personaj dizayneri, Kenci Teraoka mexaniki dizayner, Şu Kanematsu, Hanae Nakamura, Kaori Nakano və Satoşi Hono bəstəkarlardır.[1]
Animenin açılış mahnısı fripSide tərəfindən ifa olunacaq.[7]