Coğrafi landşaft


Coğrafi landşaft- fiziki-coğrafi bölgünün (rayonlaşmanın) əsas vahidi.

Yerin coğrafi təbəqəsinin inkişafında təbii sürətdə əmələ gələn və öz coğrafi quruluşuna görə digər sahələrdən fərqlənən nisbətən yekrəng sahə-ərazidir. Coğrafi landşaft dedikdə təbii-coğrafi kompleks, daha doğrusu fiziki-coğrafi rayon nəzərdə tutulur.

Mənşəyinə görə vahid ərazi olub,eyni tip relyefi, geoloji quruluşu, iqlimi, yeraltı və səth sularının, torpağın qanunauyğun birliyi, bitki və heyvanat aləminin eyniliyi ilə səciyyələnir. Hər bir C.1.onun daxilində qarşılıqlı əlaqəli birlik yaradan sadə fiziki-coğrafi vahidlərdən /fasiya, təbii mərz, məhəll/təşkil olunur. Digər tərəfdən mürəkkəb strukturuna görə oxşar C.1. yüksək dərəcəli landşaft /fiziki-coğrafi/ vahidlərində birləşdirilə bilər./ əyalər, vilayət, zona, mahal, rayon və s./[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Coğrafiya terminləri lüğəti Bakı, “Altun kitab”, 2016 2156 leksik vahid

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Geomorfoloji Terminlərin İzahlı Lüğəti "Elm" Bakı 2012 səh 45