Coğrafi təbəqə

Bu məqalə Yer səthi məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Coğrafi təbəqə atmosferin aşağı, litosferin yuxarı hissəsinin, hidrosferbiosferin qarşılıqlı təmasda olduğu, nüfuz edərək dəyişdiyi təbəqədir. Coğrafi təbəqə ən mürəkkəb təbii kompleks olub, canlılardan və cansız maddələrdən təşkil olunmuşdur. Onun formalaşması və inkişafı həm geoloji, həm də bioloji amillərdən asılıdır. Coğrafi təbəqənin inkişafı üç əsas mərhələyə bölünür: biogenə qədərki (əsasən Kriptozoy eonunu əhatə edir - biosfer yeni formalaşmağa başladığı üçün üzvi aləm digər xarici təbəqələrə fəal təsir göstərə bilmirdi), biogen (Fanerozoy eonunu əhatə edir - canlılar digər təbəqələrə fəal təsir göstərir, üzvi mənşəli çökmə süxurlar torpaq və üzvi mənşəli faydalı qazıntılar yaranır) və müasir (antropogen; bu mərhələdə insan öz fəaliyyəti ilə coğrafi təbəqəyə güclü təsir edir, coğrafi mühit yaranır). Coğrafi təbəqənin inkişafındakı fasiləsizliyi günəş enerjisi və qismən Yerin daxili enerjisi təmin edir. Coğrafi təbəqənin insanların fəaliyyəti ilə bağlı olan hissəsi coğrafi mühit adlanır.

Coğrafi təbəqənin inkişaf qanunauyğunluqları: 1. Bütövlük - coğrafi təbəqəni təşkil edən bütün komponentlər bir-biri ilə sıx qarşılıqlı əlaqəyə malikdir, onlardan birinin dəyişməsi digərlərinin də dəyişməsinə səbəb olur. 2. Ritmiklik - hadisə və proseslərin müəyyən vaxtdan bir təkrarlanması (Yerin öz oxu ətrafında fırlanması - sutkalıq, Günəş ətrafında fırlanması - illik, həmçinin çoxillik və geoloji dövrlər ərzində baş verən ritmiklik mövcuddur). 3. Coğrafi zonallıq - ekvatordan qütblərə doğru, dağın ətəyindən zirvəsinə doğru təbii komplekslərin qanunauyğun dəyişməsi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]