Coğrafi baryer (sədd, sərhəd)- yerüstü (materik, ada) heyvan və bitkilərin yayılması yolunda maneçilik göstərən təbii coğrafi maneə (dəniz, okean, dağ). Coğrafi baryer olması endemiklərin formalaşmasında əsas səbəb sayılır. Məs., Avstraliya florası Asiyadan uzaq olunduğu üçün 70%-i endemik növlərdən təşkil olunmuşdur.
Coğrafi dəyişiklik-populyasiya (növ) daxilində hər hansı əlamətin variasiyaları.
Coğrafi element- bir areal tipində növlərin məcmusu. Geobotaniki rayonlaşdırmada, həmçinin fitosenozların təsnifatında Coğrafi elementdən geniş istifadə olunur.
Coğrafi indeterminizm-sivilizasiyanın dinamikasının həlledici faktoru təbii şərait deyil (onun əhəmiyyəti də inkar edilmə istehsal qüvvələri hesab olunan dünyagörüşü.
Coğrafi irq-bir növün populyasiyasının ümumi arealı bir hissəsində məskunlaşaraq bir-birindən taksonomik cəhətdən fərqlənməsi populyasiyanın yerli coğrafi şəraitə uyğunlaşması nəticəsində əmələ gəlir. Coğrafi irq ekoloji irqə yaxındır. Coğrafi irq dəyişkənliyi bir çox bitki, heyvan və insan populyasiya sistemlərində real mövcuddur.
Coğrafi izolyasiya-xalq təsərrüfatında, elmi bir növün və yaxud biri-birinə yaxın qohum olan növlərin populyasiyaların coğrafi ayrılması (əlaqələrinin kəsilməsi). Coğrafi izolyasiya şəraitində allopatrik növ yaranması baş verir.[1]
Coğrafi populyasiya eyni yaşama şəraitində yayılaraq, digər coğrafi şəraitdə məskunlaşan Coğrafi populyasiyadan fərqli morfoloji tip yaradan bir növün fərdlər qrupu.
Coğrafi proqnoz- təbii coğrafi sistemin gələcəyi, onların ilkin xassələri və müxtəlif dəyişilmə vəziyyətləri, o cümlədən insanın müəyyən məqsədli və ya qərəzsiz fəaliyyətinin nəticələri haqqında məlumatların elmi cəhətdən tədqiqi və təhlili.
Coğrafi proses- təbii və ya təbii- antropogen səbəblərin təsiri altında ərazinin (akvatoriyanın) landşaft xassələrinin (və ümumcoğrafı) tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə (ekosistemlərdə), iyerarxiyanın aşağı səviyyələrində (və onların ekoloji komponentlərində) baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə (biosferə qədər) təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özünü nizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Coğrafi relikt-adətən böyük olmayan müəyyən regionda məskunlaşan və ya kiçik dağınıq halda rast gəlinən canlı növü (və ya sistematik qrup), lakin əvvəllər (keçmişdə) yayıldığı coğrafi yerlərdə sıradan çıxmışdır (təbii və ya antropogen səbəblərdən, bəzən nisbətən yaxın vaxtlarda).