Cocos nana

Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir.

Kokos palması
Elmi təsnifat
Beynəlxalq elmi adı
Kokos palması
Hindistancevizi gövdəsi
Kokos palması.

Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, HindistandaŞri-Lankada becərilir.

Dəniz və okean sahillərində bitən bitkidir. Gövdəsi yaxşı tikinti materialıdır.

  • Calappa nucifera (L.) Kuntze
  • Cocos indica Royle
  • Cocos nana Griff.
    • Cocos nucifera var. synphyllica Becc.
  • Palma cocos Mill. [Illegitimate]
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1188.