Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər.
İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Orijinal oyun Command & Conquer: Tiberian Sun (tərc. Tiber günəşi) və əlavəsi olan Tiberian Sun: Firestorm (tərc. Tiber günəşi: Od fırtınası) 1999-cu ildə buraxılmışdır. 2002-ci ildə birinci şəxs atıcı oyunu olan Command & Conquer: Renegade (tərc. Satqın) Tiberium "dünyasına" əlavə olunur və onlayn funksiyalarına görə alqışlarla qarşılanır. Səbirsizliklə gözlənilən Command & Conquer 3: Tiberium Wars (tərc. Tiberium müharibələri) 2007-ci ildə buraxılmış, ardınca əlavəsi olan Command & Conquer 3: Kane's Wrath (tərc. Keynin qəzəbi) satışa çıxarılmışdır. Command & Conquer 4: Tiberian Twilight (tərc. Tiberium tənəzzülü) 2010-cu ildə Tiberium "dastanının" yekunu olaraq buraxılmışdır. Öz ənənəvi oyun qaydalarından kənara çıxdığı üçün istifadəçilər və tənqidçilər tərəfindən daha çox qarışıq rəylər almışdır. Red Alert seriyası isə 2000-ci ildə Command & Conquer: Red Alert 2, əlavəsi olan Yuri's Revenge (tərc. Yurinin qisası) və 2008-ci ildə yeni Doğulan Günəş İmperiyası fraksiyasının əlavə olunduğu Command & Conquer: Red Alert 3 təqdim olunmuşdur.
2003-cü ildə başqa bir seriya olaraq buraxılan Command & Conquer: Generals (tərc. Generallar) daha realistik yaxın gələcəyə uyğun quruluş verilmiş, ABŞ ilə Çin düşmən olaraq qoyulmuşdur. Oyuna daha sonra Zero Hour (tərc. Sıfır saatı) əlavə olaraq təqdim olunmuşdur.
Seriyalar daha çox Microsoft Windows əməliyyat sistemli fərdi kompyuterlər üçün istehsal olunsa da, bəziləri müxtəlif oyun konsollarına və Apple Macintosh sistemlərinə uyğunlaşdırılmışdır. O cümlədən iOS və veb-əsaslı platformlar üçün də oyunlar istehsal olunmuşdur. 2010-cu ilin iyul ayına qədər Command & Conquer françayzı on bir oyun və səkkiz əlavə paketdən ibarətdir. EA (Electronic Arts) pulsuz oynamaq üçün nəzərdə tutulmuş Command & Conquer videooyununun hazırlanma mərhələsində olduğunu təsdiqləmişdir.
Oyun | OyunSıralaması | Metakritik |
---|---|---|
Command & Conquer | 84.33%[1] | 94%[2] |
Command & Conquer - The Covert Operations | 72%[3] | – |
Command & Conquer: Sole Survivor | 62%[4] | – |
Command & Conquer: Tiberian Sun | 80%[5] | – |
Command & Conquer Tiberian Sun: Firestorm | 73%[6] | – |
Command & Conquer: Renegade | 75%[7] | 75%[8] |
Command & Conquer 3: Tiberium Wars | 85%[9] | 85%[10] |
Command & Conquer 3: Kane's Wrath | 77%[11] | 77%[12] |
Command & Conquer 4: Tiberian Twilight | – | 64%[13] |
Command & Conquer: Red Alert | 91%[14] | 90%[15] |
Counterstrike | 63%[16] | – |
The Aftermath | 70%[17] | – |
Command & Conquer: Red Alert 2 | 86%[18] | 84%[19] |
Command & Conquer: Yuri's Revenge | 85%[20] | 86%[21] |
Command & Conquer: Red Alert 3 | 81%[22] | 82%[23] |
Command & Conquer Red Alert 3: Uprising | 65%[24] | 64%[25] |
Command & Conquer: Generals | 85%[26] | 84%[27] |
Command & Conquer: Generals - Zero Hour | 84%[28] | 83%[29] |