Medal of Honor (azərb. Şərəf medalı) — birinci şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın ilk epizodu "DreamWorks Interactive" tərəfindən hazırlanmış və "Electronic Arts" tərəfindən nəşr edilmişdir. Oyun PlayStation konsolu üçün 31 oktyabr 1999-cu ildə satışa çıxarılmışdır. Müxtəlif konsol platformaları və fərdi kompüterlər üçün çoxlu davam oyun satışa çıxarılmışdır.
Medal of Honor | |
---|---|
Janrlar | Birinci şəxs atıcı |
Yaradıcılar | |
Nəşrçilər | Electronic Arts |
Müəlliflər | Stiven Spilberq[1] |
Platformalar | |
Orijinal platforma | PlayStation |
Başlanğıc ili | 1999 |
İlk buraxılış | Medal of Honor 31 oktyabr 1999 |
Son buraxılış | Medal of Honor: Warfighter 23 oktyabr 2012 |
Spin-offlar | |
Rəsmi vebsaytı | medalofhonor.com |
Seriyanın ilk on iki epizodunun süjeti İkinci Dünya müharibəsində cərəyan edir. Bu oyunların protaqonistləri adətən Strateji Xidmətlər Ofisinin (OSS) əməkdaşları olurdu. Seriyanın son iki epizodu müasir hərb mövzusunda olub. İlk üç epizod film rejissoru və prodüseri olan Stiven Spilberq tərəfindən yaradılmışdır. Franşizanın musiqisi Maykl Cakkino, Kristofer Lennerts və Ramin Cavadi tərəfindən bəstələnmişdir.
Seriya 1999-cu ildə PlayStation konsolu üçün satışa çıxarılan "Medal of Honor" videooyunu ilə başlamışdır. Oyun "DreamWorks Interactive" tərəfindən Stiven Spilberqin rəhbərliyi ilə hazırlanmışdı.[2] Spilberq seriyanın əsasını qoyarkən İkinci Dünya müharibəsi haqda olan Sıravi Rayanı xilas etmək filmindən ilhamlanmışdır. O, filmin rejissorluğunu və ssenaristliyini edərkən həm maarifləndirici, həm də əyləncəli bir videooyun yaratmaq fikrinə gəlmişdi.[3][4]
Seriyanın ikinci epizodu "Medal of Honor: Underground" 2000-ci ildə PlayStation və Game Boy Advance platformaları üçün satışa çıxarılmışdır. seriyanın üçüncü epizodu "2015, Inc" tərəfindən hazırlanan "Medal of Honor: Allied Assault" 2002-ci ildə PC, Mac OS X və Linux platformaları üçün satışa çıxarılmışdır. "Allied Assault" üçün "Spearhead" (2002) və "Breakthrough" (2003) adlı genişləndirmə paketləri buraxılmışdır. Seriyanın dördüncü epizodu "Medal of Honor: Frontline" 2002-ci ildə PlayStation 2, Nintendo GameCube və Xbox platformaları üçün satışa çıxarılmışdır. Oyun daha sonra yüksək dəqiqliklə remasterləşdirilmiş və 2010-cu ildə seriyanın ilk rebutu olan "Medal of Honor" videooyununun PlayStation 3 versiyası ilə birlikdə satışa çıxarılmışdır. Seriyanın beşinci epizodu "Medal of Honor: Rising Sun" 2003-cü ildə PlayStation 2, Xbox və Nintendo GameCube platformaları üçün satışa çıxarılmışdır. Seriyanın altıncı epizodu "Medal of Honor: Infiltrator" 2003-cü ildə Game Boy Advance platforması üçün satışa çıxarılmışdır. Seriyanın yeddinci epizodu "Medal of Honor: Pacific Assault" 2004-cü ildə PC, Mac OS X və Linux platformaları üçün satışa çıxarılmışdır. Seriyanın səkkizinci epizodu "Medal of Honor: European Assault" 2005-ci ildə PlayStation 2, Xbox və Nintendo GameCube platformaları üçün satışa çıxarılmışdır. 2005. Seriyanın doqquzuncu epizodu və ilk spin-offu "Medal of Honor: Heroes" 2006-cı ildə PlayStation Portable platforması üçün satışa çıxarılmışdır. Seriyanın onuncu epizodu "Medal of Honor: Vanguard" 2007-ci ildə PlayStation 2 və Wii platformaları üçün satışa çıxarılmışdır. "Vanguard" seriyanın Wii konsolunda satışa çıxarılan ilk epizodu idi. Seriyanın on birinci epizodu "Medal of Honor: Airborne" 2007-ci ildə PlayStation 3, Xbox 360 və PC platformaları üçün satışa çıxarılmışdır. Oyun seriyanın xeyri-xətti olan ilk epizodu idi. Seriyanın on ikinci epizodu və ikinci spin-offu "Medal of Honor: Heroes 2" 2007-ci ildə Wii və PlayStation Portable platformaları üçün satışa çıxarılmışdır.
Seriyanın on üçüncü epizodu "Medal of Honor" (2010) 2008-ci ildə "Medal of Honor: Operation Anaconda" adıyla açıqlanmışdır. Oyun əvvəllər "EA Los Angeles" adı ilə tanınan "Danger Close Games" tərəfindən istehsal olunurdu. "Medal of Honor" (2010) 12 oktyabr 2010-cu ildə PlayStation 3, Xbox 360 və PC platformaları üçün satışa çıxarılmışdır.[5][6] Oyunun çoxnəfərli rejim komponenti "Battlefield" seriyasının müəllifləri tərəfindən hazırlanmışdı. Oyun süjeti İkinci Dünya müharibəsi yerinə müasir dövrdə cərəyan edən ilk "Medal of Honor" epizodu idi. "Medal of Honor" tənqidçilərdən ümumiyyətcə yaxşı rəylər almış və kommersial bir uğur olmuşdur.[7]
Seriyanın on dördüncü epizodu və 2010-cu ildə satışa çıxarılan epizodun bir-başa sikveli "Medal of Honor: Warfighter" 23 oktyabr 2012-ci ildə PlayStation 3, Xbox 360 və PC platforması üçün satışa çıxarılmışdır.[8] Oyunun süjet xətti gerçək ABŞ Xüsusi Tapşırıq Vahidləri tərəfindən gerçək hadisələrə əsaslanaraq yazılmışdır. Oyun "EA Digital Illusions CE" şirkətinin "Frostbite 2" oyun mühərrikindən istifadə edən seriyadakı ilk epizoddur.[9] Oyunun davamı olan "Medal of Honor: Warfighter" 23 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır.[10] "Warfighter" həm tənqidi, həm də kommersial bir uğursuzluq idi. 2013-cü ilin yanvar ayında "Electronic Arts" şirkətinin baş əməliyyat direktoru Piter Mur "Medal of Honor" seriyasının ləğv edildiyini açıqlamışdır.[11]
İl | Ad | Hazırlayan(lar) | Platforma(lar) | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Sony | Microsoft | Nintendo | Digər | |||||||
1999 | Medal of Honor | DreamWorks Interactive | PS | — | — | — | ||||
2000 | Medal of Honor: Underground | DreamWorks Interactive, Rebellion Developments | PS | — | GBA | — | ||||
2002 | Medal of Honor: Allied Assault | 2015, Inc. | — | Windows | — | Mac OS X | ||||
2002 | Medal of Honor: Frontline | EA Los Angeles | PS2, PS31 | Xbox | GameCube | — | ||||
2002 | Medal of Honor: Allied Assault Spearhead2 | 2015, Inc | — | Windows | — | Mac OS X | ||||
2003 | Medal of Honor: Allied Assault Breakthrough2 | TKO Software | — | Windows | — | Mac OS X | ||||
2003 | Medal of Honor: Rising Sun | EA Los Angeles | PS2 | Xbox | GameCube | — | ||||
2003 | Medal of Honor: Infiltrator | Netherock Ltd. | — | — | GBA | — | ||||
2004 | Medal of Honor: Pacific Assault | EA Los Angeles | — | Windows | — | — | ||||
2005 | Medal of Honor: European Assault | EA Los Angeles | PS2 | Xbox | GameCube | — | ||||
2006 | Medal of Honor: Heroes | Team Fusion | PSP | — | — | — | ||||
2007 | Medal of Honor: Vanguard | EA Los Angeles, Budcat Creations | PS2 | — | Wii | — | ||||
2007 | Medal of Honor: Airborne | EA Los Angeles | PS3 | Windows, Xbox 360 | — | — | ||||
2007 | Medal of Honor: Heroes 2 | EA Los Angeles, EA Canada | PSP | — | Wii | — | ||||
2010 | Medal of Honor | Danger Close Games, EA Digital Illusions CE | PS3 | Windows, Xbox 360 | — | — | ||||
2012 | Medal of Honor: Warfighter | Danger Close Games | PS3 | Windows, Xbox 360 | — | — | ||||
Qeydlər
|