Maxis — Electronic Arts şirkətinə məxsus amerikan videooyun şirkətidir. 1987-ci ildə Maxis Software olaraq qurulmuş və sonradan Maxis kimi tanınmışdır.
Maxis | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Qapalı səhmdar cəmiyyəti |
Sənaye | Videooyun sənayesi |
Məhsulu | Videooyunlar |
Təsis tarixi | 1987 |
Baş qərargahın yeri | Redvud-Siti, San-Mateo, Kaliforniya |
Struktur | |
Ana şirkət | Electronic Arts (1997–h.h) |
Rəhbərlik | |
Təsisçilər |
Vill Rayt Ceff Braun |
Maxis | |
Vikianbarda əlaqəli mediafayllar |
Şirkətin təsisçiləri Vill Rayt və Ceff Braun olmuşdur. Əsas studiyası Kaliforniyanın Redvud-Siti şəhərində yerləşir. Maxis, 1997-ci ildə Electronic Arts tərəfindən satın alınmış və onun bir törəməsi olmuşdur. 90-cı illərin ilk yarısında şirkət, The Sims seriyasının oyunları sayəsində məşhurlaşmışdır. Şirkətin ən uğurlu məhsulu sonrakı oyun paketləri və oyunlar olan Spore, SimCity və The Sims oyunları idi.
Maxis studiyası 4 mart 2015-ci ildə EA tərəfindən bağlanmışdır. Bu studiya isə məhz The Sims, SimCity və Spore kimi oyunlar üzərində ixtisaslaşmışdı.[1][2][3]
Bu gün, Redvud-Şros, Duz Leyk Siti, Helsinki və Melburndakı studiyalarımız da daxil olmaqla, əsas Emervill studiyalarını bağlayırıq. Maxis, The Sims və SimCity oyunçuları üçün yeni məhsulları dəstəkləməyə və inkişaf etdirməyə davam edəcək. Hal-hazırda yeni platformalar araşdırılaraq, digər platformalarla qarşılıqlı əlaqəli oyunlar yaradılacaq. Bu dəyişikliklər The Sims ilə bağlı planlarımıza təsir etməyəcəkdir. — Electronic Arts sözcüsü Vill Rayt |