Con Alkok

Sir John William Alcock (ing. John Alcock; 5 noyabr 189218 dekabr 1919[1][2], Ruan) — Atlantik okeanı ilk dəfə heç dayanmadan keçən ingilis təyyarəçi. Bu uçuşu həmkarı Artur Braun ilə birlikdə həyata keçirmişdir.

Con Alkok
Doğum tarixi 5 noyabr 1892(1892-11-05)
Vəfat tarixi 18 dekabr 1919(1919-12-18)[1][2] (27 yaşında)
Vəfat yeri
Vəfat səbəbi aviasiya qəzası[d]
Fəaliyyəti pilot
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Alcockun xatirəsinə İrlandiyadakı Clifden yaxınlığında tikilən abidə

Alkok 17 yaşında təyyarəçiliklə maraqlanmağa başladı və 1912-ci ildə pilotluq sertifikatını aldı. Birinci dünya müharibəsi ərəfəsində pedaqoq olaraq Kral Donanması Hava Qüvvələrinə qatıldı; İstanbulun bombalanmasında (mart 1917) və başqa bir çox hərəkatda iştirak etdi. 1917-ci ilin sentyabrında Türk zenit atəşiylə Suvla Tünd yaxınlığında (Çanaqqala) dənizə məcburi eniş etdi. Yoldaşlarıyla birlikdə döyüşün sonuna qədər məhbus qaldı. 1919-cu ilin martında donanmadakı vəzifəsindən ayrıldı. Vickers Təyyarə Şirkətində sınaq pilotçu oldu. Bu şirkət Londonda nümayiş olunan Daily Mail qəzetinin Atlantik okeanı üzərində heç dayanmadan ediləcək uçuş üçün 10 min sterlinq qoyduğu yarışmağa bir təyyarə hazırladı. Alkok və Braun 14 iyun 1919-cu ildə, Qrinviç saatıyla 16:13-də Nyufaundlend (Kanada) Sent Cons Aerodromda qalxaraq 16 saat 12 dəqiqə davam edən 3,186 km-lik uçuşun sonunda İrlandiyanın Qoluey bölgəsində, Clifden yaxınlığındakı bataqlığa endilər. Bir neçə ay sonra amfibik bir təyyarəni Parisə apararkən pis hava şərtləri üzündən təyyarə yerə çırpıldı. Aldığı xəsarətdən bir müddət sonra öldü.

  1. 1 2 Sir John William Alcock // Encyclopædia Britannica (ing.).
  2. 1 2 John William Alcock // Brockhauz Ensiklopediyası (alm.).