Con Kendrü (ing. John Cowdery Kendrew; 24 mart 1917[1][2][…], Oksford[3] – 23 avqust 1997[1][2][…], Kembric[3]) — ingilis biokimyaçı və molekulyar biologiya sahəsində mütəxəssis. London Kral Cəmiyyətinin üzvü (1960)[5], ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü (1972)[6]
Con Kendrü | |
---|---|
ing. Sir John Cowdery Kendrew | |
Doğum tarixi | 24 mart 1917[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 avqust 1997[1][2][…] (80 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | biokimya, kristalloqrafiya |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | Maks Peruç |
Tanınmış yetirməsi | Piter Polinq[d][4] |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Con Kendrü 24 mart 1917-ci ildə Oksfordda anadan olub.
O, Kembric Universitetini bitirib (1939), burada 1946-cı ildən rentgen difraksiya analizindən istifadə edərək zülal molekullarının strukturunun tam deşifrə edilməsi üzərində işləyirdi.
1962-ci ildə "Qlobulyar proteinlərin strukturlarının tədqiqinə görə" kimya üzrə Nobel mükafatını qazandı (Maks Peruç ilə birlikdə).
1965-ci ildə elmə verdiyi mühüm töhfəyə görə alim London Kral Cəmiyyətinin Kral Medalı ilə təltif edilmişdir[7][8].
1992-ci ildə "İnsanlığa Xəbərdarlığı" imzaladı[9].
Con Kendrü 23 avqust 1997-ci ildə Kembricdə vəfat edib.
1957-ci ildə o, ilk dəfə mioqlobin zülal molekulunda polipeptid zəncirlərinin fəza düzülməsini təyin etdi. 1959-cu ildə o, Linus Pauling tərəfindən 1951-ci ildə proqnozlaşdırılan α-spiralların mövcudluğunu təsdiqləyən ətraflı strukturunu qurdu. "Journal of Molecular Biology"nin təsisçisi və baş redaktoru idi.