Con Lennon Parkı

Con Lennon Parkı (isp. Parque John Lennon) — Kubanın Havana şəhərinin Vedado rayonunda yerləşir.

Con Lennon Parkı
(isp. Parque John Lennon)
Parkda yerləşən Con Lennonun bürüncdən hazırlanmış heykəli
Parkda yerləşən Con Lennonun bürüncdən hazırlanmış heykəli
Məlumatlar
Parkın tipi İctimai
Ölkə
Yerləşməsi Havana, KubaKuba
Yaradılıb 8 dekabr, 2000 il
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Beatles qrupunun sabiq üzvü Con Lennonun şərəfinə adlandırılmışdır. Parkda musiqiçinin tunc heykəli quraşdırılıb, abidənin aşağında isə belə yazı çap olunub: "Dirás que soy un soñador pero no soy el único", bu Imagine mahnısından ispan dillinə tərcümə olunmuş sətirdi ("Mənə bir xəyalpərəst deyə bilərsən,amma mən tək deyiləm").

Heykəl 2000-ci il dekabrın 8-də parka yerləşdirilmişdi. O andan sonra park öz indiki adını almışdı. Memar Xose Vilya heykəltəraşlıq əsərinin müəllifidi. Dövlət başçısı Fidel Kastro açılış mərasimində iştirak etmişdir.

Abidə məşhur kubalı jurnalist və tərcüməçi Ernesto Xuan Kastelyanosanı "John Lennon en La Habana with a little help from my friends" kitabın yazılması üçün ruhlandırdı. Əsər 2005-ci ildə işıq üzünü gördü. Kitabda heykəlin düzəldilməsi və Kubada 1960-70 illərdə the Beatles musiqisinin yayılması barədə bəhs olunur.

Parka düzgün düzbucaqlı formaya malikdir. Bəzən burada klassik gitara musiqi konsertləri keçirilir.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • 2000-ci ilə qədər parkın müəyyən bir adı yox idi, və Havananın digər böyük olmayan parkları kimi yaxında yerləşən küçələrin adlarına görə qeyd edilirdi — 17-ci küçənin parkı, 6-cı və 8-cı arası

Castellanos, Ernesto Juan. John Lennon en La Habana: with a little help from my friends. Ciudad de la Habana: Ediciones Unión. 2005. ISBN 9789592095380. OCLC 60777110.