Conni Gitar (film, 1954)

Conni Gitar (İngilis dilindəki orijinal adı: Johnny Guitar) — 1954-cü ildə çəkilmiş Hollivud filmidir. Film ilk dəfə Türkiyədə 20 noyabr 1956-cı ildə orijinal adı ilə nümayiş etdirilmişdir. Növbəti il, yəni ​​1957-ci il mayın 29-da bu dəfə "Dişi Qartal" adı altında yenidən nümayiş etdirilmişdir.

Conni Gitar
ing. Johnny Guitar
Janr Vestern filmi[1][2], dram filmi
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 1954
Müddət 110 dəq.
Ölkə
Dil ingilis dili
Rəng rəngli
IMDb ID0047136

Roy Çanslorun eyniadlı romanı əsasında Filip Yordanın hazırlamış olduğu ssenarini Nikolas Rey lentə almışdır. 1950-ci illərdə məşhur bir vesternə çevrilmişdir. Baş rollarda Coan Crawford, Sterling Hayden, Mercedes McCambridge, Scott Brady oynamışdırlar.

Film üçün yazılmış və film ilə eyni adı daşıyan mahnısı da filmin özü qədər populyarlaşmışdır. Peggy Lee tərəfindən yazılmış və bəstəkarı Viktor Yanq olan "Johnny Guitar" mahnısı filmdə sanki Coan Krouford tərəfindən ifa edilirmiş kimi göstərilsə də, əslində mahnı Peggy Lee tərəfindən ifa edilmişdir.

"Johnny Guitar" 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli" filmlərdən biri olaraq seçilmiş və ABŞ Milli Film Reyestrində saxlanmasına qərar verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]