Convallaria

İnciçiçəyi (lat. Convallaria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinə aid bitki cinsi.

İnciçiçəyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Zaqafqaziyada inciçiçəyi yabanı halda meşələrdə, kolluqların arasında, günəş düşməyən yerlərdə bitir. Gövdəsi 15–20 sm hündürlükdə olan kökümsovlu, çoxillik bitkidir. Kökümsov gövdəsindən iki kökyanı yarpaq, bir neçə çiçək oxu inkişaf edir. Onun üzərində ağ rəngli ətirli iyi olan çiçəklər sadə salxım çiçək qrupunda toplanır. Yarpaqları iri, yaşıl rəngdədir, qövsvari damarlanmışdır. Yarpaqlar çiçək qrupunu hər iki tərəfdən əhatə edir. Meyvələri kürəşəkilli, ətli, qırmızı rəngli giləmeyvədir. Bitkinin bütün hissələri acı və zəhərlidir. İnciçiçəyinin müxtəlif növləri yayılmışdır. Onların ən əhəmiyyətlisi may inciçiçəyidir. Bu növ Başqırdıstanda becərilir.

İnciçiçəyindən hazırlanmış dərmanlar ürək-damar sistemi xəstəliklərində istifadə olunur.

İnciçiçəyi hazırda nadir bitki kimi "Qırmızı kitab"a salınmışdır.