Corc Anson (zabit, 1769)

Corc Anson (ilk soyadı – Adams; ing. Sir George Anson; 1769[1][2][…]4 noyabr 1849[3], Çelsi, Böyük London) — Böyük Britaniya zabiti və siyasətçisi. O, Piriney müharibəsi dövründə hersoq Artur Uelsli Vellinqton rəhbərliyindəki Böyük Britaniya Süvari Briqadasını idarə etmiş və illərlə viqlərdən olan parlament üzvü kimi çalışmışdır.

Corc Anson
ing. George Anson
Şəxsi məlumatlar
Doğum tarixi 1769[1][2][…]
Vəfat tarixi 4 noyabr 1849(1849-11-04)[3]
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Birləşmiş Krallıq
Qoşun növü Britaniya Ordusu[d]
Rütbə general[d]
Döyüşlər
Təltifləri

Həyatı[redaktə | mənbəni redaktə et]

Corc Anson Corc Adamsın[a] və lord I Corc Veneybls-Vernonun qızı Meri Vernonun ikinci oğludur.[5] Onun böyük qardaşı Tomas Anson, kiçik qardaşları isə ser Uilyam AnsonFrederik Anson idi.[6]

Karyerası[redaktə | mənbəni redaktə et]

Piriney müharibəsi[redaktə | mənbəni redaktə et]

Corc Anson Böyük Britaniya ordusuna 1786-cı ildə qoşulmuşdur. O, Hollandiyada, York hersoqu Şahzadə Frederik və ser Ralf Eberkrombi rəhbərliyi altında xidmət göstərmişdir. O, Piriney müharibəsindəki bütün kampaniyalarda iştirak etmişdir və İkinci Porto döyüşü zamanı 16-cı yüngül draquna rəhbərlik etdiyi görə mükafatla təltif olunmuşdur.[5] Anson Talavera, Busak, SalamankaVittoriya döyüşlərindəki fəaliyyətinə görə daha çox hörmət qazanmışdır. O həmçinin, Vento-del-Poso döyüşündə də iştirak etmişdir. Anson döyüşlərdəki fəaliyyətlərinə görə iki halqalı qızıl medalla təltiflənmişdir. Böyük Britaniya İcmalar palatası 1816-cı ildə hərbi xidmətinə görə ona minnətdarlığını bildirmişdir.[7]

Digər fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

Hərbi karyerasına əlavə olaraq o, 1806–1841-ci illərdə Liçfild seçki dairəsini təmsil edən parlament üzvü olmuşdur. Anson 1836–1841-ci illərdə Şahzadə Albertin kamer-yunkeri olmuşdur. O, 1846-cı ildə Çelsi Hərbi Hospitalının vitse qubernatoru, 1849-cu ilin may ayında isə qubernatoru təyin olunmuşdur.[7]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Corc Adams 1773-cü ilin aprel ayının 30-da soyadını Anson olaraq dəyişdirmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 George Anson.
  2. 1 2 Pas L. v. Sir George Anson // Genealogics (ing.). 2003.
  3. 1 2 Lundy D. R. Lt.-Gen. Sir George Anson // The Peerage (ing.).
  4. 1 2 http://www.historyofparliamentonline.org/volume/1820-1832/member/anson-sir-george-1769-1849.
  5. 1 2 The Annual Register, Or, A View of the History and Politics of the Year – 1849, page 283, (Published 1850, J. G. & F. Rivington)
  6. Mosley, Charles, redaktorBurke's Peerage, Baronetage & Knighthood (107). Burke's Peerage & Gentry. 2003. səh. 2324. ISBN 0-9711966-2-1.
  7. 1 2 The Annual Register, Or, A View of the History and Politics of the Year – 1849, page 284, (Published 1850, J. G. & F. Rivington)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]