Konsort şahzadə Albert və ya Albert Saksen-Koburq Saalfeld (alm. Albert Franz August Karl Emmanuel Herzog von Sachsen-Coburg-Gotha, 26 avqust 1819 – 14 dekabr 1861) — Böyük Britaniya prinsi (Konsort Şahzadə) (ing. HRH the Prince Consort). Böyük Britaniya və İrlandiya Birləşmiş Krallıqının Kraliçası, 1876–1901-ci illərdə isə Hindistanın imperatriçası tituluna sahib Kraliça Viktoriyanın həyat yoldaşı olmuşdur.
Konsort şahzadə Albert | |
---|---|
alm. Albert von Sachsen-Coburg-Gotha | |
Şəxsi məlumatlar | |
Doğum adı |
Franz Albert August Karl Emmanuel von Sachsen-Coburg-Gotha Francis Albert Augustus Charles Emmanuel of Saxe-Coburg and Gotha[5] |
Doğum tarixi | 26 avqust 1819[1][2][…] |
Vəfat tarixi | 14 dekabr 1861[1][2][…] (42 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | tif xəstəliyi[d] |
Dəfn yeri |
|
Təhsili | |
Həyat yoldaşı |
|
Uşaqları | |
Hərbi xidmət | |
Qoşun növü | Britaniya Ordusu[d] |
Rütbəsi | feldmarşal[d] |
|
|
Təltifləri | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Albert Saksen-Koburq Saalfeld 1836-cı ildə gələcək həyat yoldaşı Kraliça Viktoriya ilə tanış oldu. 1839-cu ildə onlar ikinçi dəfə görüşdülər və evləndilər. Albert Saksen-Koburq Viktoriyanın dayısı oğlu idi. Albert Saksen-Koburq Saalfeld yüksək təhsil görmüş öz dövrünün ağıllı və perspektivli gənclərindən hesab edilirdi. Almanca, ingiliscə, italyanca, fransızca danışa bilirdi. Gənc yaşlarından musiqi təhsili almışdır.