Corc Anson (ilk soyadı – Adams; ing. Sir George Anson; 1769[1][2][…] – 4 noyabr 1849[3], Çelsi, Böyük London) — Böyük Britaniya zabiti və siyasətçisi. O, Piriney müharibəsi dövründə hersoq Artur Uelsli Vellinqton rəhbərliyindəki Böyük Britaniya Süvari Briqadasını idarə etmiş və illərlə viqlərdən olan parlament üzvü kimi çalışmışdır.
Corc Anson | |
---|---|
ing. George Anson | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1769[1][2][…] |
Vəfat tarixi | 4 noyabr 1849[3] |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Birləşmiş Krallıq |
Qoşun növü | Britaniya Ordusu[d] |
Rütbəsi | general[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Anson Corc Adamsın[a] və lord I Corc Veneybls-Vernonun qızı Meri Vernonun ikinci oğludur.[5] Onun böyük qardaşı Tomas Anson, kiçik qardaşları isə ser Uilyam Anson və Frederik Anson idi.[6]
Corc Anson Böyük Britaniya ordusuna 1786-cı ildə qoşulmuşdur. O, Hollandiyada, York hersoqu Şahzadə Frederik və ser Ralf Eberkrombi rəhbərliyi altında xidmət göstərmişdir. O, Piriney müharibəsindəki bütün kampaniyalarda iştirak etmişdir və İkinci Porto döyüşü zamanı 16-cı yüngül draquna rəhbərlik etdiyi görə mükafatla təltif olunmuşdur.[5] Anson Talavera, Busak, Salamanka və Vittoriya döyüşlərindəki fəaliyyətinə görə daha çox hörmət qazanmışdır. O həmçinin, Vento-del-Poso döyüşündə də iştirak etmişdir. Anson döyüşlərdəki fəaliyyətlərinə görə iki halqalı qızıl medalla təltiflənmişdir. Böyük Britaniya İcmalar palatası 1816-cı ildə hərbi xidmətinə görə ona minnətdarlığını bildirmişdir.[7]
Hərbi karyerasına əlavə olaraq o, 1806–1841-ci illərdə Liçfild seçki dairəsini təmsil edən parlament üzvü olmuşdur. Anson 1836–1841-ci illərdə Şahzadə Albertin kamer-yunkeri olmuşdur. O, 1846-cı ildə Çelsi Hərbi Hospitalının vitse qubernatoru, 1849-cu ilin may ayında isə qubernatoru təyin olunmuşdur.[7]