Corc Ebbot

Corc Ebbot (ing. George Abbot; 19 oktyabr 1562[1], Qilford[d]5 avqust 1633[1], Kroydon, Böyük London regionu[d]) — İngiltərə dini xadimi, stüartların hakimiyyəti dövründə prelat, Kenterberi arxiyepiskopu. O, Surreydə parça istehsalçısının oğlu olmuş, Oksfordda oxumuş və müəllim olmuşdur. Robert Ebbotun qardaşı olmuşdur.

Corc Ebbot
Doğum tarixi 19 oktyabr 1562(1562-10-19)[1]
Doğum yeri
Vəfat tarixi 5 avqust 1633(1633-08-05)[1] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Balliol kolleci[d]
Fəaliyyəti Arxiyepiskop, rahib, diplomat, tərcüməçi, Bibliya tərcüməçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Corc Ebbot 1562-ci ildə anadan olmuşdur. 1604-cü ildə İncilin ingilis dilinə tərcüməsi həvalə edilmiş səkkiz ilahiyyatçıdan biri idi. Tərcümə 5 may 1611-ci ildə nəşr edilmişdir.[2]

Ebbot, arminianizm istisna olmaqla, bütün təlimlərə şamil edilən nəciblik və dini dözümlülüyü ilə də öyrənmə və zəka ilə seçilirdi. I Ceyms Ebbotun tez-tez onun despotik niyyətlərinə qarşı çıxmasına baxmayaraq, onunla ən mühüm dövlət və kilsə məsələləri barədə məsləhətləşirdi.

Corc Ebbot 5 avqust 1633-cü ildə Kroydonda vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 George Abbot // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  2. "Полетаева Т. А. Особенности языка King James Bible (на примере анализа текста Евангелия от Матфея) // Научный результат. Серия «Вопросы теоретической и прикладной лингвистики». 2015. № 1. С. 51" (PDF). 2022-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-16.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Аббот, Джордж // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.