Corc Frensis Hots

George Francis Hotz (2 oktyabr 1989, Qlen-Rok[d], Nyu-Cersi) — geohot ləqəbi ilə Amerikalı təhlükəsizlik hakeri, sahibkar, və proqram mühəndisi.

Corc Frensis Hots
Doğum tarixi 2 oktyabr 1989(1989-10-02) (35 yaş)
Doğum yeri
Fəaliyyəti bloger[d], proqramçı, informatik, fotoqraf
geohot.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nyu Cersi ştatında maqnit dövlət liseyi olan Bergen County akademiyasında mühəndislik və dizayn Texnologiyaları üzrə təhsil alıb. Hotz İstedadlı Gənclər üçün Johns Hopkins Mərkəzinin məzunu olub. O qısa müddət ərzində Rochester Texnologiya İnstitutunda və Karnegi Mellon Universitetində də iştirak etmişdir.

Təhlükəsizlik tədqiqatı

[redaktə | mənbəni redaktə et]

2007-ci ilin avqustunda on yeddi yaşlı Corc Hotz iPhone-da SİM kilidini çıxardığını bildirir və bundan sonra o ilk SİM kilidini çıxardan şəxs kimi tanınır.[1]

2014-cü ilin iyun ayında Hotz ABŞ bazarında istifadə edilən Samsung Galaxy S5 cihazları üçün kök istismar proqram təminatının hackini dərc etdi. İstismar haker Pinkie Pie tərəfindən aşkar edilmiş CVE-2014–3153 zəifliyi ətrafında qurulmuşdur və o, Futex altsistemindəki problemi əhatə edir ki, bu da öz növbəsində imtiyazların artırılmasına imkan verir. Towelroot kimi tanınan istismar "bir kliklə Android kökləmə aləti" olaraq təyin olundu.

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Hotz 2004-cü ildə Oreqon ştatının Portlend şəhərində keçirilən ISEF müsabiqəsində "Mapping Robot" layihəsi ilə finalçı olub. Hotz "The Googler" layihəsi ilə 2005-ci ildə ISEF müsabiqəsinin finalçısı olmuşdur. Hotz 2007-ci il Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində, orta məktəb tələbələri üçün keçirilən elm yarışmasında iştirak etdi və burada onun "Mən Holodeyk istəyirəm" adlı 3D təsvir layihəsi bir neçə kateqoriya üzrə mükafatlar və o cümlədən 20.000 dollarlıq Intel təqaüdü aldı. O, Stokholm Beynəlxalq Gənclər Elmi Seminarında layihə haqqında danışmaq üçün İsveçə səfər edib. 2008-ci ilin mart ayında PC World Hotz-u 21 yaşdan aşağı ən yaxşı 10 müvəffəqiyyət qazananlardan biri kimi siyahıya alımışdır.[2]