Corc Gerşvin

Corc Gerşvin (ing. George Gershwin, əsl adı Yakov (və ya Ceykob) Gerşvin, ing. Jacob Gershwine; 26 sentyabr 1898 — 11 iyul 1937) — amerikalı bəstəkar və pianoçu.

Corc Gerşvin
ing. George Gershwin
Corc Gerşvin, 28 mart 1937
Corc Gerşvin, 28 mart 1937
Ümumi məlumatlar
Doğum adı Jacob Gershwine
Ləqəbi Murik
Doğum tarixi
Doğum yeri Bruklin, Nyu-York, ABŞ
Vəfat tarixi (38 yaşında)
Vəfat yeri Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbi beyin xərçəngi[d]
Vətəndaşlığı ABŞ ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, pianoçu
Fəaliyyət illəri 1916 — 1937
Janrlar caz, blyuz, opera
Musiqi aləti piano
Əlaqələri Ayra Gerşvin (qardaşı)
Pol Uaytmen
Təhsili ]
Mükafatları Pulitser mükafatı (1932)
İmzanın şəkli
gershwin.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gerşvin ABŞ-yə Rusiyadan köçmüş yəhudi ailəsində anadan olmuşdur. Onun babası Yakov Gerşovits 25 il rus ordusunda mexanik vəzifəsində xidmət etmiş və yəhudi olaraq sərbəst dolaşmaq, ev sahibi olmaq hüququ əldə etmişdi. O, təqaüdə çıxmış və Sankt-Peterburq yaxınlığında məskunlaşmışdı. Onun oğlu Moyşe Gerşovits qadın ayaqqabı sexində dərikəsən işləyirdi. Burada o, dəri ustasının qızı Roza Bruskinaya aşiq olur. Lakin tezliklə Bruskinanın ailəsi Rusiyada yəhudilərə qarşı olan mənfi münasibətin nəticəsi olaraq Nyu-Yorka köçür. Rus ordusunda xidmət etmək istəməyən Moyşe də əlinə imkan düşən kimi ABŞ-yə gəlir və burada dərzi işləyən dayısının yanında məskunlaşır. Qadın ayaqqabı sexində usta kimi işə düzəlir və özünü təmin edə bilir. ABŞ-yə gələn kimi o, adını Morris olaraq dəyişir və 21 iyul 1895-ci ildə Nyu-Yorkda Roza Bruskina ilə ailə qurur. Təxminən 1893–1898-ci illər aralığında, ola bilsin ki, evlənərkən, o soyadını dəyişərək Gerşvin soyadını götürür.[1]

Ailənin ilk uşağı 6 dekabr 1896-cı ildə dünyaya gələn və əvvəlcə İsrail adı verilən Ayra Gerşvin olur. 26 sentyabr 1898-ci ildə isə Corc Gerşvin anadan olur. Doğum haqqında şəhadətnaməsində onun adı Ceykob Gerşvayn ing. Jacob Gershwine şəklində yazılmışdı. O rus ordusunda xidmət edən babasının şərəfinə belə adlandırılmışdı.

Ayra və Corcdan sonra ailədə daha iki uşaq dünyaya gəldi: Artur (1900–1981) və Frensis (1906–1999).

Musiqi üslubu və təsiri

[redaktə | mənbəni redaktə et]

O, daha çox piano ifa edirdi. Caz musiqisi, Avropa musiqisi onun peşəkar olduğu sahələr idi.

Ən məşhur əsəri "Blyuz tonlarında rapsodiya" olmuşdur.

  1. Pollack, Howard. George Gershwin. His Life and Work (2006), University of California Press, p. 3, ISBN 978-0-520-24864-9

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]