Corylus heterophylla

Müxtəlifyarpaq fındıq (lat. Corylus heterophylla) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.

Müxtəlifyarpaq fındıq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yaponiya, Koreya, Mərkəzi və Şimal-Şərqi Çində, Keçmiş SSRİ-nin ərazisində, Şərqi Sibirdə, Uzaq Şərqdə yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə çatan ağac və koldur.Cavan budaqları tükcüklüdür. Yarpaqların uzunluğu 6-8 sm, eni 5-7 sm, yumurtavari, bünövrəsi ürəkşəkilli, üçqanadlı, kənarları qeyri-bərabər dişli, üstü çılpaq, alt tərəfi damarcıqlardan tükcüklüdür. Saplaqların uzunluğu 3 sm-ə qədər tükcüklüdür. Meyvələri budaqların uclarında 23 ədəd, uzunluğu 3 sm-ə qədər olan saplaqlarda yerləşir. Meyvənin qını qozanı tamamilə örtən ikiyarpaqlı və tükcüklüdür. Qının yarpaqları uzunluğunun 1/3-1/6 hissəsinə, təxminən bərabər üçkünc hissələrə bölünmüşdür. Yarpaqlarının bünövrəsində saplaqlı vəziciklər yerləşir. Qozun diametri 12-15 mm, oval, üstü hamar, yeməlidir. Apreldə çiçəkləyir, avqustda meyvə verir. Anemofil, zoo və ornitoxordur. Qidalıdır, meyvəsi qozdur.

Palıd, tozağacı, şam və qarışıq meşələrin kənarında və kolluqlarda, yamaclarda bitir. Kölgəyədavamlıdır, günəşli yerlərdə sürətlə böyüyür. Üst kök sisteminə görə güclü torpaq qatı tələb etmir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Zaqatala, Qax, Qəbələ, Oğuz və başqa rayonlarda, cənub bölgəsində mədəni halda rast gəlinir. Dağ yamaclarında sıx kolluqlarda, çox vaxt quru palıd meşələrində bitir.

Qida sənayesində geniş istifadə edilir, tərkibində müxtəlif yağlar vardır.Tək əkinlərdə müxtəlif forma verməklə istifadəsi məqsədyönlüdür.