Corylus maxima

İri fındıq (lat. Corylus maxima) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü.

İri fındıq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Tərkibində 70 % piyli yağ, 9, 6 % şəkər, dəmir duzu, B1 vitamini, qabığında isə boyayıcı və aşı maddələri vardır. Fındıq ləpəsindən sidik yolunda daş əmələ gəldikdə ağrıkəsici vasitə kimi istifadə olunur. Revmatizm xəstəliyinin müalicəsində, həmçinin orqanizm qüvvətdən düşdükdə və ya ümumi zəiflik yarandıqda fındığı bala qatıb yemək faydalıdır.

Omeqa 3 qaynağı olduğu üçün ürəyin və damarların dostudur, təzyiqi salır, şəkər xəstələrində ürək xəstəliyi riskini azaldır. E vitamini ilə zəngin olan fındıq tez yaşlanmağın qarşısını alır, yaraların tez sağalmasına kömək edir, prostat xərçəngindən qoruyur. Fındıqda olan B5 vitamini stresi ardan qaldırmağa yardım edir, immuniteti gücləndirir. Tərkibindəki B9 vitamini isə damar sərtliyi, infarkt, iflic riskini azaldır, qırmızı qan hüceyrələrini yaradır. Fındıq borla zəngin olduğundan sümükləri gücləndirir.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Avropanın cənub-qərbində, Asiyada təbii halda yayılmışdır. Türkiyədə, Şimali Amerikada, Fransada, Almaniyada geniş arealları vardır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

3-10 m hündürlükdə ağacvari koldur. Gövdəsinin və iri budaqlarının qabığı külrəngli bozdur. Cavan şaxələrinin üzəri sıx tüklü, qırmızımtıl-yaşıl, tumurcuqları yumurtavari, açıq-qonur rəngdədir. Yarpaqları dəyirmi-ürəkvari və ya enli-ovaldır, 7-12 sm uzunluqda və 6-10 sm enindədir, qısa sivriləşmişdir və zəif, ikiqat dişlidir, yaşıl və ya tünd-qırmızı rəngdədir. Tozluq sırğalarının uzunluğu 10 sm-ə qədər, qalınlığı isə 1 sm-dir. Meyvələrinin 3-8-i bir yerdədir, uzunluğu 3 sm-ə qədər olan ayaqcıq üzərindədir; yanları dişli, enli, qırmızı-yaşıl rəngdə dilimlərə bölünmüşdür, məxməri tüklüdür və nazik vəziləri vardır. Qozu uzunsov yumurtavari, silindrik və digər formalarda olub, uzunluğu 2-2,5 sm-ə, diametri 1,5 sm-ə çatır. Fevral-mart aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Təzə, çürüntü ilə zəngin olan torpaqlarda bitir.Üst kök sisteminə görə güclü torpaq qatı tələb etmir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük və Kiçik Qafqazın dağ-meşə rayonlarında və Zaqatalada becərilən fındıq sortlarının zəngin kolleksiyası cəm edilmişdir; Qutqaşen-Niç 30-B sortu, 1-ci çərkəz sortu,5/39 №-li Qutqaşen sortu, qıvrım sortu və s.

İrimeyvəli fındıq dekorativ bitkidir. Ləpələri çox yağlı və tərkibində protein olması ilə fərqlənir. Fındıq ləpəsi və yağı qənnadı və yeyinti sənayesində geniş istifadə edilir.