Cotinus coggygria var. pubescens

Parik ağacı (lat. Rhus cotinus)[1] - sumaq cinsinə aid bitki növü.[2]

Parik ağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir.[3]

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir. Əsasən quru, daşlı və qayalı yamaclarda bitir. Aran yerlərdə qırmızı ardıcla birgə seyrək meşələr əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Sarağanın tərkibində C vitamini, flavonoid,antosian, karotinoid, qlükozidlər, eləcə də efir yağları, steroidlər və aşı maddələri vardır.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi və xalq təbabətində, eləcə də farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, qaraciyər, dəri, böyrək daşı, damar xəstəlikləri, habelə müxtəlif şişlər, stomatit, ishal, irinli yaralar, yanıqlar, revmatizm zamanı istifadə olunur. Antiseptik, antioksidant, ödqovucu,büzüşdürücü, yarasağaldıcı, iltihab proseslərinə qarşı təsirə malikdir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin yarpaqları,qabığı və budaqları istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, dəmləmə, məhlul və mazlar.Digər faydalı xüsusiyyətləri və istifadəsi. Dekorativ, balverən,boyaq və efir yağlı bitkidir (yarpaqlarından alınan efir yağı ətriyyatda istifadə olunur).

  • Cotinus arenarius F.A.Barkley
  • Cotinus cinereus (Engl.) F.A.Barkley
    • Cotinus coggygria f. atropurpureus (Burv.) Geerinck
    • Cotinus coggygria var. chengkouensis Y.T.Wu
    • Cotinus coggygria var. cinereus Engl.
    • Cotinus coggygria subsp. glabrus H.Kaur & M.Sharma
    • Cotinus coggygria var. laevis (Wall. ex G.Don) Engl.
    • Cotinus coggygria var. pendulus (Burv.) Dippel
    • Cotinus coggygria f. pendulus (Burv.) C.K.Schneid.
    • Cotinus coggygria var. pubescens Engl.
    • Cotinus coggygria var. velutinus (Wall. ex G. Don) Engl.
  • Cotinus coriarius Duhamel
  • Cotinus cotinus (L.) Sarg.
  • Cotinus ellipticus Raf.
  • Cotinus velutinus (Engl.) F.A.Barkley
  • Rhus cotinus L.
  • Rhus laevis Wall. ex G.Don
  • Rhus velutina Wall. ex G. Don

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı,2011