Cotoneaster acutifolius

İtiucluyarpaq dovşanalması (lat. Cotoneaster acutifolius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

İtiucluyarpaq dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Cotoneaster acutifolius Turcz.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Vətəni Şərqi Sibir, Şimali Çindir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 3 m-ə çatan, yarpağı tökülən koldur. Çətiri yumru, bəzən şaxələnmişdir, budaqları möhkəmdir. Vegetasiya müddətində sürətlə böyüyür. Hündürlüyə və eninə illik boy artımı 30 sm-dir. Yarpaqları yumurtavaridir, yazda və yayda tünd yaşıl rəngli, payızda alqırmızı rəngli olub, diametri 2-dən 6 sm-ə qədərdir. İyun ayının əvvəlindən iyul ayının əvvəlinə qədər çiçəkləyir. Çiçəkləri hamar, yumru, çəhrayı rəngli olub, 0,7 sm uzunluqdadır. Meyvələri avqust ayının axırında yetişir, qara rənglidir. Vegetasiyası yanvardan noyabra qədərdir.

İşıqsevən, kölgəyə, quraqlığa, soyuğa davamlıdır, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir.

Bitkinin gözəl yarpaqları payızda çox dekorativdir. Yaxşı budanır. Yaşıllaşdırmada tək əkinlərdə, canlı hasarların salınmasında geniş istifadə olunur.