Cotoneaster dielsianus

Dilsa dovşanalması (lat. Cotoneaster dielsianus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Dilsa dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Çində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-2 m olan, yarpaqlı koldur. Budaqları bozumtul-qara və ya qonurtəhər-qara, nazik, möhkəm tükcüklü, parlaqdır. Yarpaqları xətvari-lansetvari, çılpaq, (0,6)-2,5 x 0,8-1,5 sm, sıx, sarımtıl-boz və ya boz çalarlı, parlaq, ucu bizdir. Çiçək qrupu 3-7 çiçəkli, çiçək saplağı tükcüklü; çiçək altlıqları xətvari-lansetvari, 2-3 mm, tükcüklüdür. Çiçəklərin diametri 6-7 mm-dir. Hipantisi tükcüklü, ovaldır. Ləçəkləri düz, çəhrayı, enli, əks-yumurtavaridir, diametri 3-4 mm, bünövrəsi qısa, ucu kütdür. Erkəkcikləri 15-20 ədəd, ləçəklərdən qısadır. Meyvəsi tünd qırmızı, diametri 5-8 mm-dir.

Yamaclarda, çay vadilərində, otlu yerlərdə, kolluqlarda, sıx meşələrdə, 1000-3600 m hündürlükdə bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda yayılmışdır.

Dekorativ bitkidir, park və bağ salmada istifadə edilir.