Cotoneaster divaricatus

Şaxələnmiş dovşanalması (lat. Cotoneaster divaricatus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Şaxələnmiş dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Yarpaqlı koldur. Çində yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Düz dayanan, çox sıx çətirşəkilli, enli, hündürlüyü 2-2,5 m, çətirinin diametri 4-5 m-dək olan bitkidir. Budaqları qırmızımtıl-qonur, zoğları çoxsaylı, enli, şaxələnmiş, nazikdir. Yarpaqların uzunluğu 0,8-2 sm, yumurtavari və ya ellipsvari, əsasən ucu biz, üstü parlaq tünd yaşıl, çılpaq, alt tərəfi göyümtül, payızda tünd narıncı və ya narıncı-qırmızı-qonurdur. Maydan iyunadək çiçəkləyir. Çiçəkləri xırda, ağ, çəhrayı çalarlı, ətirli, çox vaxt 3 ədəd qalxanvari dəstələrdə yerləşir. Ləçəkləri düz dayanan, xırda, əks yumurtavaridir. Meyvələri sentyabrda yetişir, uzunluğu 1,1 sm, diametri 0,6-0,7 sm, oval, parlaq tünd qırmızı, 2 çəyirdəklidir.

-290C-dək şaxtaya davamlıdır. Nəmişli, gillicəli, yaxşı drenajlı torpaqlarda, günəşli yerdə asanlıqla becərilir. Məhsuldar olmayan torpaqlara dözür, əsasən yamaclarda bitir və quraqlığa davamlıdır. Havanın çirklənməsinə dözür.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda yayılmışdır.

1904-cü ildən mədəni şəraitdə becərilir. Parlaq yaşıl yarpaqları, tünd qırmızı meyvələri və payız yarpaqları ilə çox dekorativdir.