Göyümtülyarpaq dovşanalması (lat. Cotoneaster glaucophyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Göyümtülyarpaq dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Göyümtülyarpaq dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Vətəni Çindir.
Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Cavan budaqları tükcüklü, qabığı qırmızı-qəhvəyi rənglidir. Yarpaqları ellipsvari uzunsov, 2-6 sm uzunluğunda, 1,5-3 sm enindədir. Üst səthi tünd-yaşıl rəngli, parlaq, alt səthi isə göyümtül tükcüklüdür. Yarpaq saplağı 3-6 mm uzunluğundadır. Çiçək salxımı 4-5 sm diametrində olub, 9-13 ədəd çəhrayı-bənövşəyi çiçək qrupundan təşkil olunmuşdur. May ayında çiçəkləyir, toxumları noyabr ayında yetişir. Meyvəsi dairəvi, qırmızı-rəngli, 5-7 mm diametrindədir, yetişən zaman tünd qırmızı rəng alır. Toxumla çoxalır. Meyvələri uzun müddət kolun üzərində qalır.
Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.
Böyük Qafqazda təbii halda yayılışdır.
Meyvələrinin və yarpaqlarının rənginə görə çox dekorativdir. Başqa ağac və kolların fonunda tək-tək və qrup halında əkilməsi məqsədyönlüdür.