Cotoneaster insignis

Gözəl dovşanalması (lat. Cotoneaster insignis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Gözəl dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qərbi Çində təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

3 m hündürlüyündə həmişəyaşıl koldur. Cavan budaqlarının qabığı tünd boz rəngli, aşağıya doğru sallanır. Yarpaqları xırda, uzunsov ellipsvari, 8-10 mm uzunluğunda, 3-5 mm enindədir və parlaqdır. Meyvəsi dairəvi, qırmızıdır, 2-3 toxumludur. Toxumla çoxaldılır.

Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda təbii halda rast gəlinir. Mərkəzi Nəbatat bağında introduksiya edilmişdir.

Park və bağlarda tək və qrup əkinlərində istifadə edilə bilər.