Cotoneaster melanocarpus

Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Qara meyvəli dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır. Toxumları 1-2 il cücərmə qabiliyyətini saxlayır.

Qışa çox davamlıdır. Torpağa tələbkar deyil, ən müxtəlif torpaqlarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazda, Talışda, Naxçıvan MR-da təbii halda yayılmışdır.

Dekorativdir və yaşıllaşdırmada geniş istifadə edilir. Budanmanı yaxşı keçirir və çox möhkəm canlı hasarlar əmələ gətirir.