Cotoneaster microphyllus

Xırdayarpaq dovşanalması (lat. Cotoneaster microphyllus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Xırdayarpaq dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Himalayda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 50-100 sm-dək, diametri 3 m-dək olan həmişəyaşıl yarımkoldur. Zoğları tükcüklüdür. Yarpaqların uzunluğu 0,6-0,8 sm, yumurtavaridən əks-yumurtavariyədək, ensiz bünövrəli, ucu yumru və ya oyuqlu, möhkəm, dərili, üstü parlaq, sıx yaşıl, alt tərəfi ağımtıl və ya bozumtuldur. May-iyunda çiçəkləyir. Çiçəklərin diametri 0,8 sm, ağ, əsasən tək, bəzən 2-4 ədəd qalxanvari dəstələrə yığılmışdır. Meyvələri sentyabrda yetişir, diametri 0,6 sm, şarşəkillidir.

-290C-dək şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazda dağətyi ərazilərdə rast gəlinir.

Tək və qrup əkinlərində istifadəsi məqsəd yönlüdür.