Cotoneaster racemiflorus var. typicus

Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.

Salxımçiçək dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır.

  • Cotoneaster fontanesii Spach
    • Cotoneaster fontanesii var. desfontainii Regel
    • Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz.
    • Cotoneaster racemiflorus var. desfontainesii Zabel
    • Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
  • Mespilus racemiflora Desf.[2]

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]

Yarpaqlarının uzunluğu 5-25 (40) mm-dir, dəyirmi, yumurtaşəkilli və ya enli ellipsşəkillidir, üst tərəfdən göyümtül-yaşıl rəngli, səpələnmiş və ya sıx basıq tüklüdür, alt tərəfdən sıx ağımtıl və sarımtıl nazik keçə tüklüdür; saplaları qısa, uzunluğu 2-4 (5) mm və keçə tüklüdür.

Salxımları sıx, düzduran, (3) 5-9 (12) ədəd çiçəklədir, demək olar ki, iki dəfə yarpaqdan qısadır. Tac ağ rənglidir, diametri 10 mm-ə qədər olub, açılmış dəyirmi ləçəklidir. Çiçəkləməsi may-iyun aylarına təsadüf edir.

Meyvələri parlaq-qırmızı rəngdədir, şarşəkillidir, diametri 8-10 mm-dir, iki, bəzən bir çəyirdəklidir. Meyvə verməsi iyul ayına təsadüf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz (BQ) Quba, BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kiçik Qafqaz (KQ) cənub, KQ mərkəzi, Naxçıvan dağları, Lənkəran dağları, orta, bəzən yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Daşlı və qayalı yamaclarda, kollar arasında və işıqlı meşələrdə. Qrup halında və tək-tək rast gəlinir.

  1. The Plant List (ing.). 2010.
  2. Salxımçiçək dovşanalması:''The Plant List saytında takson barədə məlumat. (ing.)