Çəhrayı dovşanalması (lat. Cotoneaster roseus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
Çəhrayı dovşanalması | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Çəhrayı dovşanalması |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Pakistanda, İranda, Hindistanda daşlı-qayalı sahələrdə yayılmışdır.
Kolun hündürlüyü 2 m-dək, seyrək çətirli və elastik, qonur, parlaq zoğludur. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 5 sm-dəkdir. Çiçəkləri şaxələnmiş ləçəkli, çəhrayı, sıx qalxanlarda yerləşir. Meyvələri tutqun qırmızı, 7 mm-dək, çəyirdəkləri 2-dir. Çəhrayı dovşanalması hər il may-iyunda çiçəkləyir, sentyabrda meyvə verir, toxumlarını özü səpir. Uzunömürlüdür, 30–40 il yaşayır.
Soyuğa və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar deyil. Duza, toza, qaza davamlıdır. Zərərverici və xəstəliklərə az yoluxur.
Abşeron və yarımadaya yaxın yerlərdə, park və bağlarda geniş şəkildə becərilir.
Çiçəkləmə və meyvəvermə dövründə çox dekorativdir. Müxtəlif şəhər əkinlərində geniş istifadə etmək üçün tövsiyə olunur.