Cotoneaster saxatilis

Qaya dovşanalması (lat. Cotoneaster saxatilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2abc+3c. Azərbaycanın nadir növüdür.

Qaya dovşanalması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1,5-1,75 m, alçaqboylu koldur. Yarpaqlar 9–20 mm uzunluğundadır, ellipsvari, tərs-yumurtavaridir və ya oval, üst hissədən açıq-yaşıldır, çılpaq və ya dağınıq tüklüdür. Alt tərəfdən bozumtul tüklüdür. Çiçək qrupu 2-4 çiçəkli qalxancıqlardan ibarətdir. Çiçəkləri qeyri-müəyyəndir. Yetişməmiş meyvələri tünd-qırmızı, yetişmiş meyvələri qara rənglidir, üzərində göyümtül ləkəli, tərs yumurtavaridir. 4,5-5,5 mm uzunluğundadır, iki toxumludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Meyvə verməsi sentyabr ayına təsadüf edir. Daşlı qayalıqlarda, kolluqların arasında rast gəlinir.

Kiçik Qafqazın şimal hissəsi (Çaykənd ətrafı), Abşeron (Kəkliklidağ).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın yaşama ərazisi məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Yaşayış mühitinin deqradasiyası və ətraf mühit amillərinə həssaslığı müşahidə olunur.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.